MİA

  • 5 704

Sergey Markov: 5 aprel görüşü Ermənistanın dağılmasının yol xəritəsidir - MÜSAHİBƏ

image

“Qərbin məqsədi Cənubi Qafqazda ona tamamilə sadiq siyasi rejimlər görməkdir, amma İlham Əliyev bunu qəbul etmir və mübarizəni davam etdirir”

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbərinin aprelin 5-də Brüsseldə keçirilən, həm Moskvanın, həm də Bakının əleyhinə olduğu qalmaqallı görüşünü “Moskva-Baku” portalına şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Mariya Zaxarova Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının rəhbərinin Brüsseldə keçiriləcək görüşü ərəfəsində Ermənistanın dağılması üçün “yol xəritəsi”nin hazırlandığını və bu görüşün bundan sonra bütün Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olacağını deyib. Bakı da bu görüşə sərt reaksiya verib.

- Bu görüşdən Rusiya və Azərbaycana, həmçinin Ermənistan xalqına qarşı sui-qəsd gözləmək olar. Ermənistan xalqı Rusiya ilə münasibətləri pozmaq istəmir. Rusiya Federasiyasında yaşayan ermənilər respublikanın özündə yaşayanlardan daha çoxdur.

İrəvanla Paris arasında sui-qəsd əməkdaşlığı var. Biz görürük ki, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycanı böyük beynəlxalq tədbirə- BMT-nin COP29 iqlim konfransına ev sahibliyi etmək hüququndan məhrum etməyə çağırır. Və kifayət qədər qəribə paralel aparır: deyirlər ki, Azərbaycan Ukraynaya münasibətdə guya özünü Rusiya kimi aparır. Yəni, bu cür təbliğat paralelləri aparılır. Beləliklə, Fransa Rusiyanın düşmən imicini təbliğ etdiyi kimi, Azərbaycanın da Avropanın düşməni imicini təbliğ etməyə çalışır.

Bir gün əvvəl Fransanın Ermənistandakı səfiri “kollektiv Qərb”in “formasiyasına” uyğun gəlməyənlərə qarşı mübarizədə güman edilən “əlamətləri” vurğulamaq məqsədi daşıyan yüksək səslə bəyanatla çıxış etdi. O, Fransanın KTMT üzvü olan dövlətə silah verən ilk NATO ölkəsi olduğunu bəyan edib. Bu “biz əla oğlanlarıq" kimi səslənir. Özünü tərifləməsən, heç kim səni tərifləməyəcək.

Eyni zamanda, Qərbin məqsədinin Ermənistanı silahla doldurmaq olduğuna inanmıram. Niyə... Onsuz da aparıcı “qaynar” nöqtələr- Ukrayna, Yaxın Şərq üçün onun lazımi qədər silahı yoxdur. Ona görə də hesab edirəm ki, Qərb aprelin 5-də Brüsseldə hərbi əməkdaşlığa dair bəzi sənədlər imzalasa belə, Ermənistanı yalnız silahla təmin etmək görüntüsü yaradacaq. Qərb Ermənistanı hərbi əməkdaşlığa yaxınlaşdırmaq istəyir.

Qərbin məqsədi Cənubi Qafqazda ona tamamilə sadiq siyasi rejimlər görməkdir. Amma İlham Əliyev bunu qəbul etmir və mübarizəni davam etdirir. Onun dünən ABŞ dövlət katibi ilə söhbəti buna sübutdur. ABŞ-ın ermənipərəst mövqeyi Bakını qane etmir və bunu son vaxtlar açıq şəkildə bəyan edir.

Bakı Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ermənistan isə hələ də razılaşmadığı bir neçə məqamla razılaşmalıdır. Qərb Ermənistanı İrəvanın öz şərtləri əsasında sülh sazişi bağlaya biləcəyinə ümid etməyə sövq edir. Və bununla da Qərb sülh sazişinin bağlanmasına mane olur.

Qərb üçün Ermənistanla bağlı vəziyyət Transqafqazın girişindəki “ziqzaq”dan başqa bir şey deyil. Amma bütövlükdə Cənubi Qafqazda şərait və nə baş verəcəyi onu heç maraqlandırmır. Qərb üçün əsas odur ki, regionda aparıcı aktor olsun, onun təminatçısı olan Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında vasitəçi olsun, vəziyyətə müdaxilə etmək hüququ olsun.

Brüsseldə gözlənilən üçtərəfli görüş isə QərbinAzərbaycana qarşı qoyduğu başqa bir şərtdir, deyirlər, biz burada Ermənistanla razılığa gəlirik.

Ümumiyyətlə, Qərbi nə Ermənistan, nə də Azərbaycan heç maraqlandırmır. Onlar Azərbaycanın ümumiyyətlə mövcud olduğunu zaman-zaman unutmaq istərdilər. Qərbin vəzifəsi Cənubi Qafqaza daxil olmaq və regionda Rusiyaya qarşı mənfi fikirlər oyatmağa çalışmaqdır. Və onların siyasi üstünlüyü üçün şərait yaratmaq.

Ermənistan Ukraynanın taleyini o mənada təkrarlaya bilər ki, Ukraynada hər şey Kiyevin Qərblə “dostluq etmək” və bununla da öz problemlərini həll etmək istəməsi ilə başlayıb, lakin Qərbin Ukraynadan istifadə etməyə başladığı vəziyyətə düşüb. İndi Ukrayna bunun əvəzini ödəyir. Eyni vəziyyət Ermənistan üçün də mümkündür. Ermənistan öz problemlərini Qərbin hesabına həll etmək istəyir. Amma bütün bunlar Ermənistanın Qərbin maraqlarına xidmət etməsi və bunun üçün ən ağır əvəz ödəməsi ilə bitə bilər.

- Ermənistanın hansı addımı Rusiya üçün “qırmızı xətt”ə çevrilə bilər?

- Rəsmi İrəvanın indiki siyasəti ilə bağlı Rusiya faktiki olaraq sərt mövqe tutmayıb. İrəvanın Rusiya ilə münasibətləri kəsmək və Qərbin simasında Rusiya Federasiyasının düşmənləri ilə sıx əməkdaşlıq qurmaq cəhdləri Rusiya rəhbərliyinin həqiqətən də xoşuna gəlmir.

Bəli, bu gün biz Xarici İşlər Nazirliyinin təmsil olunduğu rəsmi Moskvadan İrəvanın siyasətinə mənfi reaksiya görürük. Amma yenə də həm Ermənistan rəhbərliyi, həm də xalqı üçün xəbərdarlıq xarakteri daşıyır. Bu, Ermənistan rəhbərliyinin Qərbə yaxınlaşmaq qərarlarının hansı ciddi nəticələrə gətirib çıxara biləcəyi barədə məlumat və xəbərdarlıq kampaniyasıdır. Respublikanın dağılmasının “yol xəritəsi”nin dili də buradan qaynaqlanır.

Eyni zamanda, məncə, biz Ukrayna ətrafında yaranmış vəziyyətdən heç bir nəticə çıxarmamışıq. Biz ölkələrin əhalisi ilə işləməliyik. Moskva gözləyir ki, nə vaxtsa erməni əhalisi Paşinyanı dəstəyindən məhrum edəcək. Və Ermənistanın Rusiyaya dost hakimiyyətləri indiki baş naziri vəzifəsindən uzaqlaşdıracaq və Ermənistanı yenidən özünə çevirəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər