MİA

  • 3 706

Erməni revanşistləri öz xalqlarına xaos və müharibə təklif edir - ŞƏRH

image

Rusiyalı ekspert: “Paşinyan Rusiya üçün kritik fiqur deyil, strateji əhəmiyyətli deyil, lakin Azərbaycan Cənubi Qafqazda əsas müttəfiqdir”

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda apardığı konstruktiv danışıqlar fonunda artıq bir neçə gündür Yerevanda Paşinyan əleyhinə etiraz aksiyaları keçirilir. Onların təşkilatçılarının məqsədi aydın və başa düşüləndir - danışıqlar prosesini pozmaq, sərhədlərin delimitasiyası və Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılmasına maneə törətmək, mümkünsə Robert Köçəryanın rəhbərlik etdiyi Qarabağ klanının hakimiyyətə qaytarılması.

Paşinyan qəzəblənən müxalifətin və cəfəng iddialar irəli sürən revanşistlərin etirazlarını cilovlaya biləcəkmi? Əcnəbi ekspertglər bununla bağlı “Caliber” analitik mərkəzinə öz fikirlərini açqılayıblar. Şərhləri oxucularımıza təqdim edirik.

MDB ölkələri üzrə ekspert, Avrasiya Problemlərinin Monitorinqi Mərkəzinin (Rusiya) direktoru Aslan Rubayevin fikrincə, Paşinyan hökuməti çətin vəziyyətdədir: İrəvanda Ermənistanın mühafizəkar siyasi dairələri tərəfindən cəmiyyətdə qızışdırılan irimiqyaslı etirazlar keçirilir. Bir tərəfdən kilsə, digər tərəfdən bir sıra siyasətçilər, eləcə də itirilmiş müharibənin nəticələrindən sonra bir növ qisas almaq istəyən hərbi dairələr. Qarabağ klanının başçısı, Ermənistanın eks-prezidenti və müxalifət liderlərindən biri Robert Köçəryan isə “Ermənistanın xilaskarı” roluna ən çox ehtimal olunan namizəd hesab olunur".

Eyni zamanda, onun sözlərinə görə, bəzi fikirlərin əksinə olaraq, Rusiya Paşinyanın devrilməsini qətiyyən arzulamır və həmin proseslərdə iştirak etmir və bu, Rusiyanın əl işi deyil.

“Rusiya Ermənistan xalqının seçiminə dərin hörmət bəsləyir və İrəvana Cənubi Qafqazda mühüm tərəfdaş kimi baxır. Ölkənin qanuni baş naziri Paşinyan bu yaxınlarda Moskvaya səfər edib və Vladimir Putinlə mühüm danışıqlar aparıb, Moskva və İrəvan konstruktiv dialoq mərhələsindədir”, - politoloq vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiyası prosesi indi Paşinyanın mövqeyində revanşistlərin yapışmağa çalışdığı zəif nöqtədir.

“İrəvan meydanlarında etiraz aksiyası keçirənlərin hərəkətləri təxribat və müharibə reaksiyasıdır. Paradoks ondadır ki, qərbyönümlü oyuna baxmayaraq, Paşinyan ermənilərin dəhşətli ambisiyalarını sakitləşdirərək bütövlükdə üzərinə düşən vəzifəni yerinə yetirdi və indi o, bu və ya digər şəkildə, yaxşı və ya pis Azərbaycanla sazişlərin sülh planını həyata keçirir. Və hələlik bunun başqa alternativi yoxdur. Onun istefasını tələb edən revanşistlər nə təqdim edə bilər? Xaos və müharibə. Belə qorxulu perspektivləri izləmək üçün tam dəli olmaq lazımdır”, - deyə A.Rubayev bildirib.

Avrasiya məsələləri üzrə rusiyalı ekspert Aleksandr Razuvayevin fikrincə, Ermənistan öz geosiyasət məsələləri ilə on-on beş il əvvəl məşğul olmalı idi. İndi isə 2 yol var - ya Azərbaycanla sülh müqaviləsi, ya da Ermənistan dövlətçiliyinin itirilməsinə qədər gedə biləcək, daha çox itkilər olacaq yeni müharibə.

“Əvvəldən Azərbaycanla danışıqlar aparmaq lazım idi. Bazarlıq etmək üçün bir şey var idi. İndi ermənilər hələ “sağ ol” desinlər ki, Bakı yalnız SSRİ sərhədlərinə qayıtmağı tələb edir. Çünki bu, İrəvan üçün bundan da pis bitə bilərdi. O halda ki, Azərbaycan müharibəni qazandı və bu, faktdır. Toplaşmaq və yüksək səslə qışqırmaq ağıl tələb etmir, lakin güclü ordu və iqtisadiyyat qurmaq üçün çox çalışmaq və yaxşı beyin lazımdır. Bir Allah var, amma müxtəlif peyğəmbərlər var. Adətən Allah obrazlı desək “yaxşı atanların” tərəfində olur. Gördüyümüz kimi, Azərbaycan ordusu çox yaxşı atəş açır, Ermənistan ordusu bundan qat-qat pisdir.

Düşünürəm ki, Paşinyan hələ ki hakimiyyətdə qalacaq və bu, Cənubi Qafqazda sülh üçün vacibdir. Paşinyan Rusiya üçün kritik fiqur deyil, strateji əhəmiyyətli deyil, lakin Azərbaycan Cənubi Qafqazda əsas müttəfiqdir, Şimal-Cənub dəhlizinin moderatorudur. Mayın 14-də Kazanda İslam Maliyyə Forumu işə başlayır, həmişə olduğu kimi, Bakıdan da qonaqlar olacaq - və bu, bizim əməkdaşlığımızın bariz göstəricisidir”, - deyə A.Razuvayev yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər