MİA

  • 1 007

Birliyimiz, həmrəyliyimiz, diaspor quruculuğu bizim üçün əvəzsizdir - TƏHLİL

image

Diaspor quruculuğunun, lobbiçiliyin məhz milli birliyimiz, həmrəyliyimiz üçün nə qədər əhəmiyyətli olduğuna artıq son dövrlərdə daha çox, daha yaxından əmin oluruq. Əmin oluruq ki, milli birliyimiz, həmrəyliyimiz üçün təkcə ölkə daxilində deyil, ölkəmizin sərhədlərindən kənarda da bir olmağımız, birləşməyimiz, diaspor quruculuğu, lobbiçilik sayəsində nail ola bilərik və bunun da xalqımız üçün, cəmiyyətimiz üçün, dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğu qətiyyən təkzib edilə bilməz. Təkzib edilə bilməz ki, məhz bizim birliyimiz, birləşməyimiz sayəsində böyük nailiyyətlər əldə etməkdəyik və məhz bizi qələbələrə də aparan elə birliyimiz, bir olmağımızdır. Ümummilli Lider Heydər Əliyevin timsalında məhz öz xalqının taleyində müstəsna rol oynayan tarixi şəxsiyyətlərin həmrəyliyi, birliyi təmin etmək üçün necə çalışması da təsadüfi sayıla bilməz. Ulu Öndərin diaspor quruculuğuna, lobbiçilik fəaliyyətinə xüsusi önəm verdiyi də əbəs yerə deyildi, çünki bunun ilk növbədə bizim birliyimiz, bu birlik sayəsində əldə edilə bilən qələbələr üçün olduğu artıq öz təsdiqini tapıb.

Həm Ulu Öndər Heydər Əliyev, həm də onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bizim xalqımızın, Azərbaycan xalqının milli birliyinə, həmrəyliyinə nail ola bilib. Bunu öz gözlərimizlə biz də görmüşük, görməkdəyik və bütün dünya ictimaiyyəti də müşahidə etməkdədir. Heç kim üçün sirr sayıla bilməz ki, Azərbaycan xalqı öz rəhbərinin ətrafında hər zaman necə birləşib və birliyin bizim xalqımız tərəfindən yüksək qiymətləndirildiyinin də hər kəs dəfələrlə şahidi olub. Hər kəs şahidi olub ki, xalqımız özünün təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin əvvəlcə yenidən hakimiyyətə qayıdışı üçün, sonra da onun ətrafında necə birləşib. Eyni zamanda bütün dünya ictimaiyyəti məhz Azərbaycan xalqının öz Ali Baş Komandanının, cənab Prezident İlham Əliyevin ətrafında necə birləşdiyinin, həmrəyliyinin və nəticədə də qələbələrimizin, əldə etdiyimiz və etməkdə olduğumuz zəfərlərin də şahidi olub. Xalqımızın, dövlətimizin bu birlik sayəsində necə qüvvətli, necə qüdrətli və qələbə əzmli olduğunu təkcə biz yox, bütün dünya son illərdə görmüş və buna əmin olmuş oldu. Əmin olmuş oldu ki, milli birliyimiz, həmrəyliyimiz sayəsində biz bir xalq olaraq, biz bir dövlət, ölkə olaraq məğlubedilməz oluruq və qələbələrimiz də bunu bir daha təsdiq etdi. İstər 44 günlük savaş zamanı, istərsə də cəmi bir sutkadan az müddətdə davam edən anti-terror tədbirləri zamanı bizim birliyimizin nəyə qadir olduğu özünü göstərdi və birliyimiz sayəsində daha güclü, daha qüvvətli, daha qüdrətli olduğumuz öz təsdiqini tapdı. Məhz bunu əvvəlcədən bilən, nəzərə alan Ulu Öndər Heydər Əliyev hər zaman bizim milli birliyimizə, həmrəyliyimizə nail olmağa çalışıb və digər işlərdə olduğu kimi, bunun da öhdəsindən layiqincə gələ bilib. Dahi rəhbər Heydər Əliyev birliyimizi təmin edən ənənənin əsasını qoydu və xalqımızın birliyi, həmrəyliyi ənənəsi bu gün Ali Baş Komandanımız cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir və uğurlarımıza da, zəfərlərimizə də zəmin yaradan elə məhz bu birlik, eləcə də bu həmrəylikdir.

Dəfələrlə şahidi olmuşuq ki, Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı həmin o zəfər etdiyi ölkələrdə yaşayan, həmin ölkələrdə məşkunlaşan həmvətənlərimizlə görüşlər təşkil edir və onlarla söhbətlər aparırdı. Söhbət əsnasında Ümummilli Liderimiz bütün azərbaycanlı həmvətənlərimizin birliyinin vacibliyini qeyd edirdi və yaşadığı ölkədən, tutduğu vəzifəsindən, işindən asılı olmayaraq həmvətənlərimizin bir-biri ilə əlaqələrini daha sıx şəkildə qurmağın vacibliyini vurğulayırdı. Həmvətənlərimizin birliyi, bir olması, birləşməsi barədə onun tövsiyyələri də əlbəttə ki, xaricdə yaşayan azərbaycanlılar tərəfindən yüksək qiymətləndirilirdi və buna görə də həmvətənlərimiz məhz bu birliyə xüsusi önəm verir, həmrəyliyə, bir olmağa çalışırdılar. Beləliklə də, xarici ölkələrdə bizim diasporlarımız quruldu, lobbilərimiz yarandı. Bütün bu sadalananları nəzərə alaraq cəsarətlə deyə bilərik ki, məhz diaspor quruculuğunun, lobbiçiliyin də müəllifi, qurucusu Ulu Öndər Heydər Əliyevdir və onun ideyaları sayəsində bu gün xarici ölkələrdə yeni-yeni diasporlarımız hələ də yaranmaqdadır və yaranan, eləcə də yaranmaqda olan diasporlarımız, lobbilərimiz hazırda ölkəmizin, ölkə rəhbərimizin diqqəti və qayğısı ilə əhatə olunub.

Xüsusilə qeyd etmək yerinə düşərdi ki, əgər erməni diasporları, lobbiləri bu vaxta qədər, elə bu günün özündə də Ermənistana istər maddi, istərsə də digər aspektdə yardımlar edibsə, etməkdə də davam edirsə, məhz Azərbaycan dövləti özü bizim diasporlarımıza dəstək göstərməkdə, onlara öz qayğısını əsirgəməməkdə davam edir. Görünür elə buna görə də bizim diasporlarımız artıq erməni diasporlarından daha güclü, daha qüdrətli, dəfələrlə daha üstündür və biz bunun məhz 44 günlük müharibə dönəmində də şahidi olduq. Şahidi olduq ki, Azərbaycan öz haqlı mübarizəsi, torpaqlarının işğaldan azad edilməsi uğrunda savaşdığı, mücadilə etdiyi zaman xaricdə yaşayan ermənilərin lobbiləri, diasporları bizim haqlı mübarizəmizə haqsız don geyindirmək niyyəti ilə meydana atıldığında məhz bizim diasporlarımızın, lobbilərimizin, bizim birliyimizin qarşısında gücsüz, çarəsiz və məğlub vəziyyətdə qaldıqlarını anladılar. Anladılar ki, düşmənlərimiz bizim milli birliyimiz, həmrəyliyimiz, diasporlarımız və onların fəaliyyəti, lobbilərimiz qarşısında acizdirlər və Azərbaycanın, Azərbaycan xalqının birliyi artıq qələbələrə zəmin yaradır.

Torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin bütün ərazilərimiz boyunca təmin edilməsi zamanı bizim birliyimizin, həmrəyliyimizin nəyə qadir olduğu hər kəsə bəlli oldu. Hər kəs gördü ki, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti öz rəhbəri ilə sıx birləşib və bu birlik sayəsində qələbə əzmindəyik, qələbələrimizə də kimsə mane ola bilməz. Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin ətrafında xalqımızın necə sıx birləşdiyinin təkcə düşmənlərimiz deyil, bütün dünya da şahidi oldu. Ona görə də Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyən erməni silahlılarına edilən köməyin, yardımın da heç bir mənası olmadı və qarşımızı kəsə bilən olmadı. Bizim birlikdə nəyə qadir olduğumuzu hər kəs etiraf etməli oldu. Zəfər təsadüfi olaraq bizim olmadı və hamı indi yaxşı başa düşür ki, bizim qələbələrimizin kökündə bizim birliyimiz, həmrəyliyimiz datanır. Biz işğaldan azad etdiyimiz ərazilərimizi indi də məhz bu birliyimizlə yenidən qurur, çiçəkləndiririk. Azərbaycanın Qarabağ iqtisadi rayonunda, daha dəqiq desək, erməni işğalından azad olunan torpaqlarda, həmin o ermənilər tərəfindən də dağıdılmış, viran qoyulmuş ərazilərdə quruculuq, abadlıq işlərini də birliyimiz sayəsində sürətlə həyata keçiririk. Ermənilərin 30 il ərzində heç bir abadlıq işi görə bilmədiyi, əksinə, dağıtdığı, viran qoyduğu əraziləri Azərbaycan tərəfi məhz birilik, həmrəylik sayəsində ən qısa zamanda cənnətə çevirməkdədir. İndi həmin ərazilərdə hava limanlarının inşa edildiyinin, istifadəyə verildiyinin, dəmir yol xətlərinin, magistral yolların salındığının, digər infrastruktur layihələrinin gerçəkləşdirildiyinin hər kəs şahididir. Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni yaşayış yerlərinin, yaşayış məntəqələrinin salındığının, bir neçə şəhər, qəsəbə, kəndlərə artıq insanların, bir vaxtlar məcburi köçkün sayılan vətəndaşlarımızın köçürülmələrinin, onların məskunlaşdırılmalarının şahidi olanlar onu da görürlər ki, bütün bu nailiyyətlərə də, uğurlara da məhz milli birlik, həmrəyliklə imza atılır. Bu isə bir daha onu deməyə əsas verir ki, birliyimiz, həmrəyliyimiz hər zaman qələbələrə zəmin yaradır. Deməli, qələbə qazanmağımız, uğurlarımız, harada olmağımızdan asılı olmayaraq, güclü, qüdrətli, üstün olmağımız üçün, bizim birliyimiz, həmrəyliyimiz olduqca vacibdir. Belə çıxır ki, istər ölkə daxilində, istərsə də ölkə sərhədlərindən kənarda, beynəlxalq miqyasda əldə etdiyimiz və etməkdə olduğumuz qələbələrdə birliyimiz, həmrəyliyimiz, eləcə də diaspor quruculuğumuz, lobbiçilik bizim üçün əvəzsizdir...

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Digər xəbərlər