PDF Oxu

MİA

  • 5 373

Gürcüstan uğrunda mübarizə: Qərbin LGBT kampaniyasına qarşı xalqın və hökumətin birliyi - ANALİZ

image

Gürcüstanda Avropanın yaratdığı LGBT problemi ilə bağlı analitik Vladimir Tsxvedianinin Caliber.Az-da dərc olunan yazısını oxucularımıza təqidm edirik.

Xəbər verildiyi kimi, 2024-cü il sentyabrın 18-də Tbilisidə transseksual Kesariya Abramidze öldürülüb. Bu, Gürcüstan parlamentinin LGBT təbliğatını qadağan edən qanunu qəbul etməsindən bir gün sonra, Aİ və ABŞ nümayəndələrinin Gürcüstan hakimiyyəti haqqında son dərəcə mənfi bəyanatları fonunda “qəribə təsadüf nəticəsində” baş verib. Demək olar ki, dərhal sosial şəbəkələrdə qurbana rəğbət və “homofob” Gürcüstan hakimiyyətinə nifrət kampaniyası başladılıb.

“Gürcü arzusu” partiyası Kesariya Abramidzenin qətlində ittiham olunurdu. Təqsirləndirilən qatilin "aprel ayında xarici agentlər haqqında qanuna qarşı etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq tətbiq edənlərdən biri olduğu" barədə məlumatlar da yayılmağa başladı. Belə ki, onlar 2024-cü il oktyabrın 26-na təyin edilmiş parlament seçkiləri ərəfəsində Gürcüstanda daxili vəziyyəti qeyri-sabitləşdirmək üçün LGBT gündəmindən istifadə etməyə çalışıblar.

Amma müxalifət xalqı yenidən etiraza çıxara bilmədi. Sosial şəbəkələrdə bir vaxtlar kişi olan “yazıq qız” üçün ağlamalı statuslar olmasına baxmayaraq, transgenderlərə və ümumilikdə LGBT-lərə kütləvi rəğbət oyatmaq mümkün olmayıb.

Əvvəllər də Gürcüstanda qərbyönlü QHT-lər və müxalifət “homofobiya qurbanlarına simpatiya” əsasında etiraz aksiyaları keçirməyə çalışıblar. Bu, 2021-ci ilin yayında, ənənəvi düşüncəli gürcü ictimaiyyəti Tbilisi Pride-nin LGBT paradını keçirmək cəhdinin qarşısını aldıqda baş verdi. Daha sonra Gürcüstan hakimiyyəti təhlükəsizlik baxımından Qərb səfirliklərinin fəal şəkildə tətbiq etməyə çalışdığı LGBT icmasının 5 iyul 2021-ci il üçün elan etdiyi tədbirləri ləğv etdi.

Lakin LGBT tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşmadan 6 gün sonra bu hadisələr zamanı yaralanan Gürcüstanın “TV Pirveli” telekanalının operatoru Lekso (Aleksey) Laşkarava dünyasını dəyişib. Müxalifət dərhal onu “LGBT icmasının əleyhdarlarının hücumunun qurbanı” etməyə çalışdı. Qərbyönlü qeyri-hökumət təşkilatları Gürcüstanın baş naziri İrakli Qaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin istefasını tələb edərək parlament binasına bir neçə yüz tərəfdarını gətiriblər. Sonradan istintaq müəyyən etdi ki, Laşkarava həddindən artıq yüksək dozada narkotik qəbulundan ölüb və onun ölümü ilə “homofobların” heç bir əlaqəsi yoxdur. Jurnalistə simpatiyaya əsaslanan kütləvi etiraz aksiyaları da təşkil olunmayıb.

Lakin bu o demək deyil ki, LGBT icmasının nümayəndələrinin və ya onların müdafiəçilərinin oxşar “gözlənilməz” ölümləri və ya qətlləri LGBT gündəmi ilə bağlı Gürcüstan hakimiyyəti ilə xarici qüvvələr arasında qarşıdurmada istifadə edilməyəcək.

Heç kimə sirr deyil ki, Qərb bütün dünyada LGBT təbliğatına böyük vəsait ayırır, milli dövlətlərdən, hətta bu, milli və dini ənənələrə zidd olsa belə, tam dözümlülük tələb edir. Bu ənənələr də pozulmağa və “vahid dini formata” sığmağa meyllidir. Ənənəvi katolik ictimaiyyətinin əhəmiyyətli bir hissəsinin LGBT gündəmini rədd etməsinə baxmayaraq, Papa Fransisk LGBT icmasının nümayəndələrinə öz xeyirxahlığını fəal şəkildə nümayiş etdirir və digər dini liderlər də ondan nümunə götürməyə çağırılır. Dünyanın ən mühafizəkar dini təşkilatlarından biri olan Gürcü Pravoslav Kilsəsi öz ölkəsində xaricdən tətbiq edilən LGBT gündəminə müqavimət göstərsə də, bir çox digər xristian ölkələrində bu müqavimət faktiki olaraq qırılıb. Elə Yunanıstan fonunda da bu aydın görünür- bu ilin əvvəlində “eynicinsli nikah”a icazə verən ilk pravoslav ölkə oldu. Gürcüstan isə mühafizəkarlığın qalasına və digər pravoslav ölkələri üçün bir növ model rolunu oynayır.

Rusiyada da mühafizəkar pravoslav dindarlar arasında Gürcüstana rəğbət artıb. Bu, həmin insanların geosiyasi baxışlarında müəyyən nəticələr verə bilər. Baxmayaraq ki, Konstantin Zatulin kimi gürcüfoblar “Artsax”ın süqutundan sonra Abxaziya və Sxinvali regionunda separatizmi, erməni lobbisi tərəfindən onilliklər boyu gürcüfobiya və separatizmə dəstək ruhunda aşılanmış pravoslav rusları ümidsizcəsinə müdafiə edirlər, indi işığı görməyə başlayırlar. Ola bilsin ki, Rusiya tədricən qardaş pravoslav Gürcüstanın ərazi bütövlüyünün bərpasına dəstək verməyə meyllənsin. Gürcüstan Rusiya Federasiyasının pravoslav mühafizəkar ictimaiyyətinin ideallarına daha çox uyğunlaşıb, xüsusən də LGBT gündəminə tab gətirə bilməyən Yunanıstandakı aşkar məyusluq fonunda.

Unutmamalıyıq ki, rus pravoslav vətənpərvərləri arasında uzun müddətdir ki, Konstantinopolun (İstanbul) yunanlara qaytarılması qondarma haqqında fikir var. Hətta Rusiya Federasiyasındakı nüfuzlu, “pravoslav” informasiya resurslarından biri üçün “Çarqrad” adını onun sahibi Konstantin Malofeyev İstanbul-Konstantinopol-“Çarqrad”ı Türkiyədən geri almaq planlarına aydın işarə ilə götürmüşdü. İndi Rusiyada pravoslavlar üçün örnək Türkiyəyə qarşı qeyri-dost münasibəti ilə Yunanıstan yox, LGBT gündəminə uymayan, milli və dini kimliyi müdafiə etməkdə nümunə göstərən mühafizəkar Gürcüstandır.

LGBT gündəminin təbliği ilə millətlərüstü və transmilli strukturlar dövlətlərin milli suverenliyini məhv edirlər. Bir vaxtlar “gey”lərin qürur paradını keçirən və gənclər arasında LGBT təbliğatının “normallığını” tanıyan ölkələr indi milli maraqların parçalanmaması və təslim olmaması üçün əks yolda irəliləməyə başlayır. Yeganə istisnalar Viktor Orban hökumətinin məktəblilər arasında LGBT təbliğatını qanuni olaraq qadağan edə bildiyi Macarıstan və Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra İstanbulda gey-paradların keçirilməsini dayandırıldığı Türkiyədir.

LGBT gündəminin tətbiqi əslində bütöv dövlətlərin və xalqların adət-ənənələrinin məhvinə gətirib çıxarır. Bu prosesləri Qərbi Avropanın bir çox ölkələrində və məsələn, turizmin inkişafının böyüməsi ilə müşayiət olunduğu Tailandda müşahidə etmək olar. Bu, doğum səviyyəsinin fəlakətli şəkildə azalmasına, ailələrin dağılmasına, psixi pozğunluqların, intiharların və İİV-in yayılmasının artmasına səbəb olur.

Milli kimliyin qorunub saxlanmasının tərəfdarı olan Gürcü Pravoslav Kilsəsi və hakim “Gürcü Arzusu” partiyası öz xalqlarının belə bir aqibəti istəmədiklərini açıq şəkildə bəyan ediblər. Məhz buna görə də Gürcüstan parlamentinin 2024-cü il sentyabrın 17-də LGBT təbliğatını qadağan edən qanunu qəbul etməsi gürcü cəmiyyətinin əksəriyyətinin tam dəstəyini qazanıb.

LGBT gündəminin tətbiqi çox vaxt rəngli inqilabların texnologiyaları ilə paralel gedir. Ənənəvi dəyərlərə malik ölkələrdə belə gündəmlərə etirazlar çox vaxt hakimiyyətə təzyiq vasitəsinə çevrilir. Bu cür təzyiqlərə tab gətirən ölkələr digər sahələrdə də zəiflik nümayiş etdirərək onları xarici müdaxilələrə və sabitliyin pozulmasına qarşı həssas edir.

Bu gün Gürcüstan hakimiyyəti açıq şəkildə nümayiş etdirir ki, onlar Ukrayna ssenarisinin öz ölkələri üçün təkrarlanmasını istəmirlər.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər