Siyasət

  • 2 466

Azərbaycan-Albaniya əlaqələrinin inkişafında mühüm prespektivlər ŞƏRH

image

Memarı ulu öndər Heydər Əliyev olan müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətli həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlıdır. Bu mənada Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən siyasi çəkisinə və iqtisadi potensialına görə beynəlxalq aləmdə özünəməxsus yer tutan Avropa ölkələri ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Avropa ölkələri beynəlxalq münasibətlərə təsiretmə gücünə görə dünya siyasətinin yönümünü müəyyən edən və beynəlxalq aləmin ən ümdə problemlərinin həllində xüsusi çəkisi olan ölkələr sırasına daxildir. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyası ilə də gündən günə daha da möhkəmlənir. Bu tentensiya heç şübhəsiz 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsi və regionda yaranan reallıqlar fonunda yeni mərəhələ qədəm qoymuşdur.Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri də mövcuddur. Azərbaycan həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edir. Onlardan biri də Albaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Prezident İlham Əliyevin cari ilin noyabrın 15-də Albaniyaya ilk səfəri isə Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verərək gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmış oldu. Qeyd etmək yerinə düşər ki, bu səfər Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya birinci səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Elə Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə keçirilən görüşlərdə müzakirə edilən məsələlər və imzalanmış sənədlər münasibətlərin daha da gücləndirilməsinə istiqamətlənmişdir. Beynəlxalq təşkilatlar səviyyəsində də ölkələrimiz arasındakı əlaqələr yüksələn xəttlə inkişaf edir. Misal olaraq Azərbaycan-Avropa İttifaqı əlaqələrini, bu əlaqələrdə siyasi və iqtisadi sahələrdə səmərəli əməkdaşlığı göstərə bilərik. Bir faktı da nəzərə çatdıraq ki, bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində vacib faktora çevrilib. Albaniya Avropa birliyin daxil olmasa da münasibətlərimizin yüksək olması Avropa ittifaqı ilə bu ölkə üzərindən əməkdaşlıq imkanlarımızı genişlənir. Azərbaycanıla Albaniya sərmayələrin qarşılıqlı yatırılmasına başlayıb.Hər iki ölkə rəhbərinin iki tərəfli görüşlərdən sonra mətbuata bəyantla çıxış etmələri və səsləndirdikləri fikirlər iki ölkə arasında əlaqələrinin yüksələn xətlə inkişafı və Azərbaycanın qlobal miqyasda dünya ölkələri sırasında etibarlı tərəfdaş imicinə sahib olmasını bir daha təsdiq etmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bildirib: “Siyasi dialoqa gəldikdə, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin. Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyası bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurlu davamı müstəqil dövlətimizin dünya birliyindəki mövqelərini daha da artıracaq və onun etibarlı tərəfdaş kimi beynəlxalq səviyyəli nüfuzunu daha da gücləndirəcəkdir.

Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini

Digər xəbərlər