Siyasət

  • 1 569

Azərbaycan yeni minilliyə Ulu Öndərin zəkasının işığında qədəm qoymuşdur ŞƏRH

image

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, onun ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri Ulu Öndər Heydər Əliyevlə bağlı olmuşdur. Azərbaycanın bugünkü inkişafının və tərəqqisinin təməl prinsipində Ulu Öndər Heydər Əliyev siyasi kursu dayanır. 1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Məhz Ulu Öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu. Ölkənin bu cür çətin və təhlükəli sınaqlar qarşısında qaldığı bir dövrdə xalqının səsinə səs verən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı. İyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bunun ardınca isə yaranmış siyasi zərurətdən asılı olaraq iyun ayının 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Ömrünün böyük bir hissəsini öz xalqına həsr edən Ümummilli Lider Heydər Əliyev bu cür mürəkkəb bir dönəmdə bütün məsuliyyəti öz üzərinə götürdü və dövlətçiliyimizin qorunub saxlanılması istiqamətində mühüm zəruri tədbirlər görməyə başladı. Bu gün sülh və əminamanlıq içində yaşadığımız müstəqil Azərbaycan dövləti Ulu Öndərimiz Heydər Əliyevin şah əsəridir və xalq öz xilaskar oğlu ilə hər zaman qürur duymaqdadır.

Müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasının banisi olan Ümummilli lider Heydər Əliyevin bütün istiqamətlərdə olduğu kimi ölkəmizin enerji sahəsində də böyük uğurlar əldə etməsində misilsiz xidmətləri olmuşdur və ölkəmizin dünya bazarlarına inteqrasiyasının təməlini qoymuşdur.

Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlamasının əsası həmin dövrdə qoyulub. Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun şanlı Qələbə qazanaraq, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoymasının da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu uğurlu siyasi kursun nəticəsidir ki, bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Otuz il Ermənistanın işğalı altında qalmış ərazilərimizdə bu gün Azərbaycan Bayrağının dalğalanması hər bir soydaşımızı qürurlandırır.

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər