Siyasət

  • 2 978

“Heydər Əliyev siyasəti, onun siyasi irsi xalqımızın milli sərvətidir” - Masallıda tədbir

image

Bu gün, 5 dekabr 2023-cü il tarixdə Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana Sistemi və Gənclərin İnkişafı və Karyera Mərkəzin Lənkəran-Astara Regional nümayəndəliyin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev siyasəti, onun siyasi irsi xalqımızın milli sərvətidir” mövzusunda tədbir keçirilib.

Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisənin nümayəndələri, Rayon Dezinfeksiya Stansiyasının əməkdaşları, ziyalılar, tələbələr və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyev, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Nuranə Muradova, Masallı Tarix-Diyarşünaslıq Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov, Masallı Regional Kollecin direktor müavini Dilarə Mürşüdova və GİKM Lənkəran-Astara Regional nümayəndəliyin Masallı bölməsinin nümayəndəsi Orxan Əliyev müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətləri, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah-milli şüurun oyanışı və müstəqilliyimizin məhz onun sayəsində əbədiləşərək, ölkəmizin dünyada layiq olduğu mərtəbəyə yüksəlməsindən danışdılar.

Natiqlər çıxışlarında qeyd ediblər ki, Ulu Öndərin Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər, SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritminin tamamilə dəyişdi. Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildi. Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz" - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi. Təbii ki, müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında ulu öndərin siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı, bu yolla gedən Azərbaycanın durmadan yüksəlib inkişaf etməsi xüsusilə Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən məqsədyönlü, düşünülmüş şəkildə davam etdirilməsi və son nəticədə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbənin Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olmasını xüsusi qeyd etdilər.

Tədbirin sonunda iştirakçılar muzeyə ekskursiya edərək xatirə şəkilləri çəkdilər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər