Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Qarabağ küçəsi 93” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Sərtac Atlas Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri və ölkənin gələcək inkişaf perspektivləri ilə bağlı məlumat verib.
Çıxış edən Ərazi Partiya Təşkilatının sədri Mehriban İsayeva partiya fəaliyyətində müasir yanaşmaların tətbiqi, ictimaiyyətlə ünsiyyətin gücləndirilməsi, informasiya təxribatlarına qarşı maarifləndirmə işinin genişləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji məqsədlərin həyata keçirilməsində partiya üzvlərinin fəal iştirakının, məsuliyyətli mövqeyinin və birgə fəaliyyətinin vacibliyini qeyd edib.