Siyasət

  • 4 882

Azərbaycan Sakit okean Alyansında müşahidəçi statusu alıb

image

Azərbaycan Sakit okean Alyansının Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq edir.
Qeyd edək ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilib. Hazırda alyansın ölkəmiz də daxil olmaqla 57 müşahidəçi üzvü var.

yap.org.az

Digər xəbərlər