Siyasət

  • 3 603

"Paşinyanın referendum təklifi ilə çıxış etməyə haqqı yoxdur" RƏY-ÖZƏL

image

“Hakimiyyətə gəldiyi ilk gündən gah Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə maneçilik törətmək, status-kovunu uzatmaq üçün format dəyişikliyi fintəkarlığına əl atan, gah da ölkə daxilində və Dağlıq Qarabağ erməniləri, “Qarabağ klanı” tərəfindən ona yönələn etiraz, qəzəb, nifrət dalğasını başqa səmtə yönəltmək, öz hakimiyyət ömrünü uzatmaq üçün sərhəddə, təmas xəttində təxribatçılıq əməllərinə, qan tökülməsinə rəvac verən Paşinyan indi də növbəti təxribata əl uzadıraq, işğal altındakı Dağlıq Qarabağda referendurumun keçirilməsi təklifini ortaya atır. O bu addımı ilə bir daha özünün və ölkəsinin işğalçı mahiyyəti ortaya qoyur”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.O bildirib ki, nə Paşinyanın, nə də digərlərinin belə bir təkliflə çıxış etməyə heç bir haqqı yoxdur: “Çünki bu, tam qanunsuzluq, Azərbaycanın qanunlarının və beynəlxalq hüququn açıq-aşkar pozulması cəhdidir. Əvvəla, Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsidir, onunla bağlı hər hansı bir qərar vermək hüququna da yalnız və yalnız Azərbaycan dövləti və xalqı malikdir. İkincisi, sovetlər dövründə heç bir əsası olmadan Qarabağ ermənilərinə verilən muxtariyyət-Dağlıq Qarabağ Muxtar Vilayəti hələ 28-29 il bundan öncə Azərbaycan tərəfindən ləğv edilib və onlar heç bir muxtariyyətə malik deyillər. Üçüncüsü, Ermənistanın və onun açıq-gizli himayədarların birbaşa dəstəyi ilə yaradılmış oyuncaq və qondarma “DQR” də tam qanunsuz, cinayətkar bir qurumdur, cinayətkar bir rejimdir. Onu nə Azərbaycan, nə də dünya dövlətləri və dünya birliyi tanıyıb”.K. Əliyeva söyləyib ki, bu gün həqiqət, fakt və reallıq odur ki, Dağlıq Qarabağ da daxil olmaqla ona bitişik Azərbaycan əraziləri işğal altındadır, erməni işğalındadır: “O ərazilər, əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad olunmayınca, işğalçı qoşunlar geri çəkilməyincə, həmin ərazilər boşaldılmayınca, işğal faktına son qoyulmayınca Dağlıq Qarabağla bağlı heç bir addım atıla bilməz. Kimsə orada nə referendum keçirə, nə hansısa qərar verə və onu reallaşdıra bilər”.Deputat əlavə edib ki, Azərbaycan dövlətinin, dövlət rəsmilərinin də daim bəyan etdiyi kimi, Dağlıq Qarabağ ermənilərinə yalnız muxtariyyət verilə bilər, o da bir şərtlə ki, işğala son qoyulmuş, işğalçı qoşunlar işğal olunmuş Azərbaycan ərazilərini tərk etmiş olsun: “Yəni, yalnız bu halda Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın hüdudları daxilində hansısa muxtariyyət verilməsi mümkün ola bilər. Əks halda və təqdirdə, heç nə mümkün deyil. Kimsə Azərbaycandan bunu gözləməsin”.

sia.az

Digər xəbərlər