Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək

YAP Qaradağ rayon təşkilatının qərargahında seçicilərlə partiya tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş qadınların görüşü keçirilmişdir.

Görüşdə Milli Məclisin deputatı,YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək partiyanın bələdiyyə seçkiləri ilə bağlı qarşısında duran məsələlərdən danışdılar.
Qeyd olundu ki, hər bir partiyanın alı məqsədi seçkilərdə iştirak edərək xalqın səsini qazanmaqla onun arzu və istəyini real işləri ilə təsdiqləməkdir. Sevindirici haldır ki, ötən müddət ərzində keçirilən bütün seçkilərində qalib gələn partiyamız uğurlu fəaliyyəti ilə xalqın etimadı doğruldub. Məhz bu səbəbdən də YAP ölkəmizdə analoqu olmayan siyasi qüvvə olduğunu bir daha təsdiqləyib.
Bildirildi ki, partiyamız tərəfindən bələdiyyə seçkilərində namizədliyi irəli sürülən qadınlarla seçicilərin bu görüşü də onların platformalarının daha geniş formada təbliğinə istiqamətlənib.
Namizədliyi irəli sürülən qadınlar görüşdə çıxış edərək seçicilərin çoxsaylı suallarını cavablandırdılar.
Sonda seçicilər bir daha birdirdilər ki, əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də milli dövlətçiliyin möhkəmləndirilməsinə, xalqımızın sosial şəraitinin yaxşılaşdırılmasına və ölkəmizin iqtisadi qüdrətinin durmadan inkişafına çalışan YAP namizədlərinə növbəti dəfə də yekdilliklə səs verəcəklər.

yap.org.az