Prezident İlham Əliyevin bu qərarı gənclərin həyatlarına stimul verir
Dünyanın bir çox ölkələrində müxtəlif sahələri əhatə edən könüllülük hərəkatı fəaliyyət göstərir. Belə ki, bu hərəkatın tərkib hissəsində dayanan aspektlərdən biri də, həmin hərəkatda xüsusilə gənclərin iştirak etmələridir. Məhz gənclik reallığı belə hərəkatların böyüməsinə, əhatə dairəsini genişləndirməsinə öz münbit töhfələrini verməkdədir.Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər ili” elan etməsi də bu xüsusdadır. Daha doğrusu, həmin qərar daha öncəki illərdə ölkəmizdə mövcud olan könüllülər hərəkatının yüksək fəallığının nəticəsidir. Azərbaycanda keçirilən bütün mötəbər idman, mədəniyyət və s. tədbirlərində - “Avroviziya” mahnı müsabiqəsində, I Avropa Oyunlarında, “Formula 1” yarışlarında, IV İslam Həmrəyliyi Oyunlarında və s. kimi irimiqyaslı beynəlxalq tədbirlərdə, ASAN XİDMƏT-də, DOST və digər xidmət sahələrində könüllülər mühüm işlər aparıb, bu tədbirlərin ən yüksək səviyyədə keçirilməsində iştirakçı olublar. Eyni zamanda, könüllülərin ən yüksək səviyyədəki iştirakları həm də belə deməyə əsas verir ki, bu hərəkat qarşıda daha nəhəng layihələrdə özünü təsdiqləmiş olacaq.
Bütün bunların hər birində iştirak edən gənclərimiz əsasən, öz perspektivlərini açır, gələcəklərini müəyyən edir
Bu gün ictimai rəyin bəzi təmsilçiləri könüllülük hərəkatını “pulsuz işləmək” adı ilə cəmiyyətdə mənfiləşdirməyə cəhdlər göstərirlər. Hərəkatın fəaliyyətinə kölgə salmağa çalışırlar. Amma bu iddialar nə qədər doğrudur və hansı dərəcədə ədalətli mövqe hesab edilə bilər? Düzdür, könüllülük deyərkən, biz burada öz istəyi, şəxsi seçimi əsasında, əvəzi ödənilməyən fəaliyyət növünün şahidi oluruq. Amma burada daha bir mühüm faktor var ki, həmin faktor özündə bir çox digər nüasnları ehtiva etməkdədir. Misal üçün, yuxarıda qeyd edilən sahələrdən başqa, yaşlı insanlara qayğı, təbiətin qorunub-mühafizə edilməsi üçün keçirilən kampaniyalar, tarixi irsin qorunması və tanınması üçün gerçəkləşdirilən işlər, ölkəmizin xaricdə tanıdılması yönündə reallaşdırılan planlar və s. Bütün bunların hər birində iştirak edən gənclərimiz əsasən, öz perspektivlərini açır, gələcəklərini müəyyən edir, uğurlu seçimləri ilə gələcəyin münbit kadr potensialına çevrilir, habelə sağlam həyat müstəviisində inkişaf edirlər. Ən əsası isə, ölkə üçün, dövlət üçün əsl vətəndaşa çevrilirlər. Məhz bu həqiqətdən nəticə çıxarmaqla cari 2020-ci il “Könüllülər ili” olaraq tariximizə yazıldı.
Bu hərəkat qarşıda daha böyük vəzifələri önə sürəcək, “Könüllülər ili” reallığı gənc nəslin əməli fəaliyyətlərini, əsl gücünü ortaya qoyacaq
Prezident İlham Əliyev cənablarının bu qərarı həm də onu sübuta yetirdi ki, Onun ətrafında nəhəng gənclik ordusu brləşib və bu ordu dövlətimizin inkişafında, tərəqqisində öz əsrarəngiz fəaliyyətləri ilə seçilirlər. Həmçinin, dövlət başçımızın apardığı çoxşaxəli islahatlarının daha bir tərəfi gənclər siyasəti strategiyasıdır ki, bu strategiya özündə əhəmiyyətli məqamları əks etrirməkdədir. Lakin bu məqamların hər birində dövləti sevmək, onun üçün hətta təmənnasız olaraq xidmət göstərmək istəyidir. Könüllülər hərəkatının ən ali göstəricilərindən biri də məhz bu gerçəklikdir. Hər bir gənc bu hərəkatda əvəzsiz, təmənnasız, maddiyat marağı olmadan iştirak etmək arzusundadır!Əbəs deyil ki, bu gün könüllülər hərəkatında iştirak edən gənc nəslin nümayəndələri uğura gedən yolun məhz bu prinsipdən keçdiyini qeyd edirlər. Karyera yüksəlişi, uğurlu mütəddərat amili də əlbəttə ki, həmin prinsipin tərkib hissəsi olaraq qiymətləndirilməkdədir. Bütövlükdə isə, bu hərəkat qarşıda daha böyük vəzifələri önə sürəcək, “Könüllülər ili” reallığı gənc nəslin əməli fəaliyyətlərini, əsl gücünü ortaya qoyacaq.
sia.az