Siyasət

  • 6 708

Seçiciyə MSK tərəfindən vəsiqələrin verilməsinə başlanılır

image

Seçiciyə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi bu gündən başlayır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, vəsiqələr səsvermə gününə 24-3 gün qalanadək, yəni 2020-ci il yanvarın 16-dan fevralın 6-dək verilməlidir.
Qeyd edək ki, dairə seçki komissiyaları tərəfindən seçiciyə müvafiq qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi yanvarın 15-də başa çatır, 16-dan isə məntəqə seçki komissiyaları tərəfindən verilməsi başlanılır.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

yap.org.az

Digər xəbərlər