Siyasət

  • 17 329

Azərbaycan sənayesinin ekstrimal vəziyyətlərə hazırlığı ŞƏRH-ÖZƏL

image

“Hər bir dövlətin inkişafında sənayenin rolu kifayət qədər önəmlidir. Sənaye güc, iqtisadiyyat, eyni zamanda əlavə dəyər yaratmaq, texnologiya, bilik deməkdir. Ümumilikdə baxsaq sənayenin inkişafı ilə bağlı Azərbaycanda hər zaman prioritet olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili deyib.Prezident İlham Əliyevin ötən gün Sumqayıtda tibbi maska fabriki və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı zamanı çıxşında ölkəmizdə sənayenin inkişafı ilə bağlı Dövlət Proqramlarının keçmiş tarixinə nəzər yetirdiyini deyən komitə sədri bildirib ki, bir daha məlum olur ki, son 5 ildə bu sahədə görülən işlər nəticəsində sənayenin ÜDM-də payına görə Azərbaycan Avropada ən çox sənayeləşmiş ölkəyə çevrilib: “ Bu cəhətdən baxsaq, sənayenin inkişafı Azərbaycanın iqtisadi inkişafının hər zaman aparıcı istiqamətlərindən biri olub və sənayenin inkişafına dövlət tərəfindən böyük diqqət göstərilib”.O qeyd edib ki, Azərbaycanda sənayenin inkişafı ilə bağlı 2015-2020-ci illərdə Dövlət Proqramına fikir versək, onun nəticəsi olaraq istənilən dövrdə qeyri-neft sənayesinin inkişaf tempi Azərbaycan iqtisadiyyatının inkişaf tempini dəfələrlə üstələyib: “Ölkə başçısının çıxışında da qeyd etdiyi kimi son 4 ayın göstəricilərinə nəzər salsaq, burada iqtisadiyyat cüzi şəkildə inkişaf etsə də, qeyri-neft sənayesinin inkişafında 16 faiz artım qeydə alınıb. Bütün bunlar göstərir ki, ölkəmizdə bu sahədə həyata keçirilən Dövlət Proqramları və digər addımlar kifayət qədər effektlidir. Hətta karantin şəraiti belə sənaye sahəsindəki inkişaf sürətinin sıfırın altına düşməsinə imkan verməyib. Bu, çox önəmli hadisədir”.Bu sənayenin həm də dövlətin istənilən ekstrimal şəraitdə həmin şəraitin nəticələri ilə mübarizə aparması üçün önəmli resurs olduğunu nəzərə alan T. Mirkişili vurğulayıb ki, o zaman sənayenin inkişafının nə olduğunu hamı çox yaxşı anlayır: “Misal üçün II Dünya Müharibəsində sovet sənayesinin tez bir zamanda hərbi sənayeyə çevrilməsi son nəticədə Sovet İttifaqının faşist Almaniyası üzərində qalibiyyətini təmin etdi. Sənaye istənilən halda ekstrimal şəraitdə istehsal yönümünü dəyişə bilir və çoıx qısa müddətdə yeni məhsul istifadə etməklə həmin dövrə lazım olan məhsulun istehsalını bacarır. Bu cəhətdən baxsaq, qısa müddət ərzində ikinci tibbi maska fabrikinin açılması onu deməyə əsas verir ki, Azərbaycan sənayesi də bugünkü ekstrimal halda dövlətin və xalqın lazım olduğu ilkin qoruyucu maddələri özü tərəfindən istehsal olunmasına imkan yaradır”.

sia.az

Digər xəbərlər