Siyasət

  • 8 514

Ermənistanın son təxribatı ilə bağlı Azərbaycan Ombudsmanının bəyanatı Bolqarıstan mediasında

image

Bolqarıstan KİV-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) pandemiya dövründə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdinə etiraz olaraq Bəyanatı yayılmışdır.Bəyanatda Ermənistan silahlı qüvvələrinin mütəmadi şəkildə atəşkəs rejimini pozması, Azərbaycanın mövqelərini, o cümlədən dinc əhalinin yaşayış yerlərini davamlı olaraq atəşə tutması, hərbi qulluqçular və mülki əhali arasında ölüm və yaralanma halları barədə məlumat verilir. Eyni zamanda, qeyd olunur ki, dövlət sərhədində Ermənistanın hərbi təxribatlar törətməsi davamlı xarakter daşıyır və son bir neçə ay ərzində baş verənlər bu reallığın bariz ifadəsidir.Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətlər nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlər, o cümlədən Cenevrə konvensiyaları (1949) kobud şəkildə pozulmuş və bu tendensiya davam edir. Sənəddə həmçinin BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə istinad olunur.Pandemiya dövründə belə işğalçı Ermənistan ordusunun atəşkəs rejimini pozması və təxribatçı hərəkətlərinə davam etməsi münaqişə zonasında yaşayan insanların həyat şəraitini daha da ağırlaşdırması xüsusilə vurğulanır və BMT-nin Baş katibi Antonio Quterreşin qlobal atəşkəs ilə bağlı çağırışına Ermənistanın sayğısız və etinasız münasibətinə diqqət çəkilir.Sonda dünya ictimaiyyəti, xüsusilə də nüfuzlu beynəlxalq qurumlar ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistan tərəfindən törədilən cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, həmçinin münaqişə nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylər görməyə çağırılır.

sia.az

Digər xəbərlər