Siyasət

  • 9 197

“Türkiyə və Azərbaycan mediasının bir-birindən öyrənməli olduğu çox şey var” RƏY-ÖZƏL

image

"Türkiyə ilə Azərbaycan arasında “Media platforması”nın yaradılması ideyası irəli sürülüb. Təbii ki, bu ideyanın reallaşması ilə bütün sahələrdə olduğu kimi media sahəsində də Türkiyə ilə Azərbaycan mətbuatı arasında hər iki dövlətin milli və dövlətçilik maraqlarına uyğun informasiya siyasəti həyata keçiriləcək". Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.O bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə sıx inteqrasiya və təmərküzləşmə prosesi gedir: “İstər siyasi-iqtisadi, istərsə də humanitar-mədəni istiqamətlərdə qurulan əlaqələrdə "bir millət, iki dövlət" prinsipi əsas götürülür. Ona görə də, hər iki ölkənin mətbuatının da eyni dəyərlərdən çıxış etməsi artıq bir zərurətdir. Əgər iki dövlətin mətbuat tarixinə nəzər salsaq, iki fərqli məktəb görərik. Bu fərqlilik obyektiv səbəblərdən bir-birimizdən uzun müddət ayrı düşməyimizlə bağlıdır. Türkiyə və Azərbaycan mediasının bir-birindən öyrənməli olduğu çox şey var”.S.Seyidova onu da bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında “Media platforması”nın yaradılması ideyası əslində çoxdan reallaşdırılması vacib olan bir təşəbbüsdür: “Bu platforma çərçivəsində çox geniş fikir, təcrübə mübadiləsi aparmaq, mümkündür. Həm də, Türkiyə və Azərbaycanın öndə gələn media qurumları arasında əlaqələrin inkişafı ölkələrimizdə baş verən proseslərə daha operativ reaksiya vermək, cəmiyyətimizi dolğun məlumatlandırmaq baxımından da əhəmiyyətlidir. Dünyada Türkiyə və Azərbaycan arasında qurulan qardaşlıq münasibətlərinə zərbə vurmağa çalışan çoxsaylı qüvvələr mövcuddur. Onların başında isə erməni lobbisi dayanır. Bu qüvvələrə qarşı media təmsilçiləri olaraq vahid mövqedən çıxış etmək üçün də əməkdaşlıq platformasının yaradılması vacibdir”.

sia.az

Digər xəbərlər