“Prezidentimizin fikirləri vətənpərvərliyini, qətiyyətini nümayiş etdirir” ÖZƏL-MÜNASİBƏT

"Millətçi ermənilər tarix boyu Azərbaycana qarşı təcavüzkar mövqedə olublar və xalqımıza zülm etməkdən, qan axıtmaqdan, torpaqları işğal etməkdən zövq alıblar". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclidin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri xatırladıb ki, keçən əsrin əvvəllərində, əsrin ortalarında və sonlarında erməni quldurlarının törətdikləri qanlı faciələr, soyqırımlar deyilənlərə canlı sübutdur.“Uzun illər ermənilər Qarabağ torpaqlarına da göz dikmiş, Sovetlər dövründə bununla əlaqədar cəhdlər göstərilmiş, lakin Ulu Öndərəmiz Heydər Əliyevin qətiyyəti, mübarizəsi sayəsində onlar öz məqsədlərinə nail ola bilməmişlər. Ancaq, Azərbaycan xalqının düşməni, xəyanətkar, ermənipərəst Mixail Qorbaçovun təkidi ilə Ümummilli Lider Heydər Əliyev vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər öz çirkin əməllərini həyata keçirməyə nail olmuşlar. Tez bir zamanda Qarabağın Ermənistana birləşdirilməsi barədə məsələ qaldılırmış, kütləvi mitinqlər təşkil edilmiş, münaqişələrə rəvac verilmişdir. Məhz rus hərbi birləşmələrin köməyi ilə ermənilər torpaqlarızın xeyli hissəsini işğal etmiş, tarixdə görünməmiş faciələr, soyqırımlar törətmişlər. Bu gün də onlar öz havadarlarına aralanaraq, təcavüzkar əməllərini davam etdirməkdədirlər. Aprel döyüşləri, iyul hadisələri, Tovuz təxribatı hər gün sərhədd rayonlarına edilən basqınlar, atəşkəsin pozulması, dinc əhalinin əhalinin qətlə yetirilməsi, kəndlərimizin dağıdılması bunu deməyə əsas verir. Beynəlxalq aləmin, təşkilatların, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin susması isə təəssüf doğurur və bu bilavasitə təcavüzkarlara öz əməllərini daha da genişləndirməyə imlan yaradır.Jurnalistlərə geniş müsahibəsində Azərbaycan Republikasının Prezidenti Cənab İlham Əliyev bu məsələləri geniş şərh edərkən bir daha dövlətimizin özünün qətiyyətli mövqeyini bütün dünyaya bəyan etmiş və dönə-dönə bildirmişdir ki, Qarabağ Azərbaycanın əzəli və ayrılmaz torpağıdır. O, heç bir zaman düşmənə verilə bilməz və işğal altında olan ərazilərimiz mütləq geri qaytarılacaq, qaçqın və köçkünlərimiz öz ata-baba yuvalarına dönəcəklər. Ermənistanın təcavüzünə mütləq son qoyulacaqdır. Azərbaycanın güclü ordusu, vətənpərvər insanları, güclü iqtisadiyyatı vardır. Dövlətimizin başçısının bu müsahibəsi də nəinki ölkəmizdə, dünya miqyasında geniş əks-səda döğurmuşdur. Çünki, səsləndirilən fikirlər reallıqlara, haqqa, ədalətə əsaslanır və Prezidentimizin vətənpərvərliyini, cəsarətini, qətiyyətini nümayiş etdirməklə xalqımızın ürəyindən xəbər verir. Bəli, tez bir zamanda Azərbaycan torpaqları geri qaytarılacaq. Ölkə rəhbəri buna əmin olduğunu bildirir və xalqımızı da əmin olmağa çağırır”, deyə Tahir Rzayev bildirib.

sia.az