Siyasət

  • 3 325

YAP Daşkəsən rayon təşkilatı Vətən müharibəsi iştirakçısı ilə görüş keçirib

image

YAP Daşkəsən rayon təşkilatı Vətən müharibəsi qaziləri ilə görüşlərini müntəzəm olaraq davam etdirir. YAP Daşkəsən rayon təşkilatının aparat rəhbəri Sərdar Xıdırov və YAP rayon təşkilatının gənclər birliyinin İdarə Heyətinin üzvü Elşən Alıyev və rayon icra hakimiyyəti başçısının Bayan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Firuddin Həsənov rayonun Bayan kəndində yaşayan, Füzuli və Cəbrayılın azad olunmasında iştirak etmiş və göstərdiyi şücaətlərə görə “Cəsur döyüşçü”, Füzuli və Cəbrayılın azad olunması medallarına layiq görülmüş İsgəndərli Xaliq Cəlil oğlu ilə görüş keçirmişlər.Görüşdə X.C.İsgəndərli keçdiyi şərəfli döyüş yolundan, düşmənə ağır zərbələr vurulmasından ətraflı şəkildə söhbət açmışdır.Aparılan şərəfli döyüşlərdən birində ağır yaralandığını və hal-hazırda müalicə olunduğunu qeyd etmişdir.Bildirdiyinə görə hal-hazırda onun səhhəti normaldır, aldığı yaralar tədricən saralmağa doğru gedir.X.C.İsgəndərli qeyd etmişdir ki, Ali Baş Komandan İlham Əliyevin onu 3 medalla təltif etməsinin sevincini əbədi olaraq unutmayacaq.Sonda YAP Daşkəsən rayon təşkilatının hazırladığı ərzaq bağlaması ailəyə təqdim olunub.

yap.org.az

Digər xəbərlər