Siyasət

  • 3 668

Xalqın xilas tarixi

image

YAP Qazax rayon təşkilatı 15 iyun Milli Qurtuluş Gününü qeyd edib

YAP Qazax rayon təşkilatının üzvləri 15 iyun Milli Qurtuluş Gününə münasibətilə rayonun mərkəzində ucaldılan dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 28 il keçdiyini xatırladaraq, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulayıb.

Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu deyən H.Pənahov bildirib ki, Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub: "Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yüksəldən, onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır. Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı Cənab İlham Əliyevin uğurlu diplomatik siyasəti ilə Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətə çevrilib. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi və 30 ilə yaxın zaman müddətində həll olunmayan Dağlıq Qarabağ probleminin 44 gün ərzində həll olunması, Qarabağın işğaldan azad edilməsi ilə 2020-ci il tariximizə qələbə ili kimi yazıldı".

Tədbirdə çıxış edən partiya üzvləri də 15 iyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.

sia.az

Digər xəbərlər