Siyasət

  • 964

Sosial siyasət prioritet istiqamətlərindən biridir - DEPUTAT MÖVQE BİLDİRDİ

image

"Sosial siyasət Azərbaycanın daxili siyasətinin prioritet istiqamətlərindən biridir". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.Onun sözlərinə görə, cənab Prezident də həmişə sosial cəhətdən qayğı və köməyə ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsini ön plana çəkir. Müvafiq tədbirlərlə bu insanların sosial vəziyyətinin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir.Musa Quliyev bu barədə fikirlərini belə izah edib: "Yaşayış minimumu ilbəil qaldırılır, yoxsul təbəqənin vəziyyətinin yaxşılaşdırılması üçün ehtiyac meyarının məbləği artılır, minimum əmək haqlarının məbləği artırılır, müavinətlər, təqaüdlər hər ay zamanında əhaliyə çatdırılır və ilbəil istər inflyasiyanı üstələyən, istərsə də illik orta aylıq əmək haqqının artımını üstələyən məbləğdə artımlar müşahidə olunur. Ötən il oktyabrın 16-da əhalinin sosial müdafiəsinin qorunması ilə bağlı cənab Prezidentin sərəncamı olub. Bu sərəncamın müddəaları artıq yanvar ayının əvvəllərindən öz əksini tapmağa başlayıb. Dövlət strukturunda çalışan, dövlət büdcəsindən maliyyələşən sektorda işləyən bir çox vətəndaşların əmək haqları qaldırıldı. Minimum əmək haqqının məbləği 250 manatdan 300 manata çatdırıldı. Ehtiyac meyarının məbləği 170 manatdan 200 manata çatdırıldı. Eyni zamanda minimum pensiya məbləği 200 manatdan 240 manata qaldırıldı. Bütün bunlar bütövlükdə iki milyon yüz min vətəndaşımızın həyat şəraitinin yaxşılaşmasına, maddi gəlirlərinin yüksəldilməsinə gətirib-çıxartdı.Şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları həmişə cənab Prezidentin və hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevin diqqətindədir. Belə ki, bu insanlara pensiya və müavinətlərlə yanaşı Prezident təqaüdü də verilir. Qeyd etmək lazımdır ki, Prezident təqaüdünün məbləği kifayət qədər yükskdir. Bu məbləğ 500 manatdan 2000 manata qədər dəyişir. Müxtəlif kateqoriyalardan olan bu şəxslərə bu məbləğ arasında təqaüd verilir. Bunların mənzil təminatının yaxşılaşdırılması, ehtiyacı olanlara avtomobil reabilitasiya vasitələri və digər sosial qayğılarının yaxşılaşdırılması üçün dövlət tərəfindən ardıcıl işlər görülür. Xüsusi kateqoriyaya daxil olan bu insanların ailə üzvlərinin, uşaqlarının sosial müdafiəsi ilə bağlı bizim qanunvericiliyimizdə hər zaman mütərəqqi dəyişikliklər olunur. O cümlədən ötən il edilən bir dəyişikliyə görə, həqiqi hərbi xidmətdə olan şəxslərin uşaqlarına verilən müavinətlərin də məbləği xeyli artırılmış oldu. Eyni zamanda bu insanların məşğulluğu ilə bağlı məsələlər həmişə ön plandadır. Bizim məşğulluq haqqında qanuna görə, bu kateqoriyadan olan insanlara məşğulluqla bağlı iş kvotaları müəyyən olunub. Bununla yanaşı cənab Prezidentin tapşırığı ilə ötən ilin may ayından başlayan marafonda minlərlə vətəndaşımız işlə təmin olunub. Xüsusən şəhid ailə üzvləri, Qarabağ qaziləri və müharibə veteranları işlə təmin olunub.44 günlük Vətən müharibəsinin veteranlarının da statusunun müəyyənləşdirilməsi, onların sayının müəyyənləşdirilməsi, onlara müvafiq müavinətlər verilməsi ilə bağlı cənab Prezidentin yanvar ayında sərəncamı olub. Beləliklə Nazirlər Kabineti bu işləri də qısa müddətdə həyata keçirəcək. Bütövlükdə son illərdə 2018-ci ildən bu yana Azərbaycanda pensiyaların, orta aylıq əmək haqqının məbləği dəfələrlə qaldırılıb. Hər il yüz minlərlə iş yeri açılır. Tələbələrin təqaüdü artırılır. Həmçinin, dövlət hesabına yerlər artırılır. Məcburi köçkünlər də həmişə dövlətin diqqətindədir. İnşallah yaxın zamanda məcburi köçkün bacı-qardaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqlar".

sia.az

Digər xəbərlər