Siyasət

  • 988

“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı inşa-yazı müsabiqəsinə yekun vurulub

image

Nərimanov rayon məktəbliləri arasında Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı inşa-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.

Tədbirdə YAP rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov, PM Akademiyasının ümumi sektorun rəhbəri Ümidə Səfərova, fəal gənclər və orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qalib gəlmiş şagirdləri təbrik edib, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlardan danışıblar.
Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov, PM Akademiyasının ümumi sektorun rəhbəri Ümidə Səfərova, Bakı Slavyan Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci Murad Hüseynli də çıxışlarında Ulu Öndərin Vətəninə və millətinə sonsuz xidmətləri ilə doğma xalqının qəlbini fəth etməsindən bəhs ediblər.
Tədbirdə Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən irimiqyaslı işlər və əldə olunan möhtəşəm nailiyyətlər, o cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli nəcib və xeyirxah fəaliyyəti xüsusi vurğulanıb.
Sonda qaliblər müvafiq dərəcəli diplom, fəxri fərman və medallar ilə təltif olunublar.

yap.org.az

Digər xəbərlər