Siyasət

  • 706

Kommunikasiyaların bərpası region ölkələri üçün mühüm strateji əhəmiyyətə malikdir

image

“Qlobal dünya nizamına təhdidlər” mövzusunda iyun ayının 16-da IX Qlobal Bakı Forumu ölkəmizdə keçirilməsi və bu formda dünyanın 50-dən çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı Azərbaycanın artan Beynəlxalq nüfuzunun göstəricisidir.Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin IX Qlobal Bakı Formundakı nitqində bölgədə sülhün, təhlükəsizliyin, təmin olunmasına, 10 noyabr 2020-ci il tarixdə imzalanmış üç tərəfli bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsi, Zəngəzur dəhlizinin açılması və bu kimi aktual məsələlər öz əksini tapmışdır. Forumda Prezident cənab İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyev IX Qlobal Bakı Formundakı çıxışı zamanı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib və bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.Ümumiyyətlə Zəngəzur dəhlizinin açılması, Kommunikasiyaların bərpası region ölkələri üçün də mühüm strateji əhəmiyyətə malikdir. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışın təmini baxımından əhəmiyyətli olacaq. Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər və özünün düşdüyü iqtisadi blokadadan çıxmaq şansı əldə etmiş olar. Tarixi və əzəli Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək.Ölkə Prezidenti cənab İlham Əliyev Forumda söylədiyi nitq zamanı həmçinin vaxtı ilə, yəni 1988-ci ildə erməni separatçılarının təzyiqi ilə Zəngəzurdan zorla öz doğma yurd-yuvalarından qovulmuş Azərbaycanlıların da öz doğma yurdlarına qaytarılması məsələsinə də toxunmuşdur. Bir sözlə artıq çox acınacaqlı durumda olan Ermənistan Azərbaycanın diktə edən ölkə olduğunu çox yaxşı anlayır və öz üzərinə düşən tələbləri yerinə yetirməyə borcludur.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər