PDF Oxu

Sosial

  • 1 101

Lənkəranlı məşqçilərlə görüş - FOTO

image

İyun ayının 18-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin inzibati binasında Bakı şəhərində keçiriləcək Məktəblilərin Respublika Olimpiadasında iştirak edəcək nümayəndə heyətinin tərkibinə daxil olan məşqçilərlə görüş təşkil olunub.
Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova və İdman sektorunun müdiri Yusif Xamiyev çıxış edib. Onlar Respublika Olimpiadasının əhəmiyyətindən, yarışın keçirilmə məqsədindən və iştirakçıların üzərinə düşən məsuliyyətdən danışıblar. Vurğulanıb ki, bu olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına dəstək olmaq, sağlam həyat tərzini təşviq etmək, istedadlı idmançıları üzə çıxarmaq və onların gələcək uğurlarına stimul verməkdir. Eyni zamanda nümayəndə heyətinə daxil olan məşqçilərə yarış zamanı nizam-intizam qaydalarına riayət edilməsi, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi və onların uğurlu çıxışının təmin olunmasının vacibliyi bildirilib.
Sonda məşqçiləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara yarışla bağlı ətraflı məlumat verilib və onlara uğurlar arzulanıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər