Demək olar ki, bütün aparıcı Amerika və xarici siyasətçilər Trampı dəstəkləyib və zorakılığı pisləyiblər. Avstraliyadan Böyük Britaniyaya, Çindən Ukraynaya qədər bütün dünya liderləri ABŞ-ın keçmiş prezidenti və seçkilərə namizəd Donald Trampa sui-qəsd cəhdini pisləyib.
İsrailin baş naziri Benyamin Netanyahu ilk reaksiya verənlərdən biri olub, onun və həyat yoldaşının prezident Trampa açıq-aşkar hücumdan “şok olduğunu” və onun təhlükəsizliyi və tezliklə sağalması üçün dua etdiklərini söyləyib.
Macarıstanın Baş naziri Viktor Orban X sosial şəbəkəsində yazıb ki, bu gecə saatlarında düşüncələri və duaları “Prezident Tramp”ladır.
“Fikirlərim sui-qəsdin qurbanı olan prezident Donald Trampladır, ona tezliklə sağalmasını arzulayıram” Demokratiyamız üçün faciə olan Fransa Amerika xalqının şokunu və qəzəbini bölüşür.
Bu yaxınlarda sui-qəsd cəhdindən sağ çıxan Slovakiyanın baş naziri Robert Fiko hadisədə Trampın siyasi rəqiblərini günahlandırıb. "Bu, ssenarinin karbon nüsxəsidir. Trampın siyasi opponentləri onu bağlamağa çalışırlar. Uğursuzluğa düçar olanda hansısa zavallı adam silaha əl alana qədər ictimaiyyəti qızışdırırlar".
Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində Trampa sui-qəsd cəhdini “yalnız pislənilə bilən dəhşətli cinayət” adlandırıb. “Zorakılıq heç bir formada və heç bir yerdə üstünlük təşkil etməməlidir, mən əminəm ki, Amerika bu çətinliyin öhdəsindən layiqincə gələcək”, - deyə Zelenski bildirib.
Trampa sui-qəsd cəhdini Avropa diplomatiyasının rəhbəri Xosep Borrel, BMT-nin baş katibi Antonio Quterreş, Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Olaf Şolz, Hindistanın baş naziri Narendra Modi, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Azərbaycan Prezidenti İlham Əliyev, Moldova Prezidenti Maya Sandu da pisləyib.
Çin prezidenti Xi Jinping “keçmiş prezident Trampa simpatiyasını” ifadə edib.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Donald Trampın sui-qəsd cəhdindən sağ çıxmasını “möcüzə” adlandırıb. "Onun sağ-salamat olduğuna görə minnətdarlığımızı bildirərkən, zorakılıq və ehtiyatsızlıq qarşısında demokratiyanın faciəvi kövrəkliyini bir daha xatırladırıq. Fikirlərimiz prezident və Tramp ailəsi ilədir", - o yazıb.
Rusiyanın yüksək səviyyəli rəsmiləri Donald Trampa sui-qəsd cəhdini şərh etməyiblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-a daxili təhlükəsizliyi maliyyələşdirməyi məsləhət görüb, daha sonra Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Rusiya siyasi mübarizənin gedişində istənilən zorakılıq təzahürlərini qəti şəkildə pisləyir”.
Maui Polis İdarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb