...Norveç Ukrayna Beynəlxalq Fonduna 570 milyon NOK (48,28 milyon avro) ianə edəcək. Vəsait Ukrayna əsgərləri üçün pilotsuz təyyarələrin və hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Norveç hökumətinin mətbuat xidməti yazıb.
Departamentin qeyd etdiyi kimi, Ukrayna ruslarla müharibə üçün daha çox pilotsuz təyyarələr, eləcə də Ukrayna əhalisini və mühüm infrastrukturu Rusiyanın hücumlarından qorumaq üçün daha çox hava hücumundan müdafiə sistemləri alacaq.
...Ukraynanın özünü Rusiyanın işğalçı müharibəsindən qorumaq üçün təcili olaraq daha çox hərbi texnikaya ehtiyacı var. Digər ölkələrlə birlikdə Norveç öz töhfəsini vermək üçün əlindən gələni edəcək.
Bunu müdafiə naziri Byorn Arild Qram bildirib. Ümumilikdə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Norveç 1,8 milyard Norveç kronu (təxminən 160 milyon avro) yardım edib. Belə bir fondun məqsədi daha sonra Ukraynaya ötürmək üçün sənayedən silah almaqdır.
Əli Babayev
Amma imperiyanın hökmdarı üçün bu, mümkün deyil...
Şirkətlər Ukrayna hərbi hücumlarından qorunmaq üçün öz hava hücumundan müdafiə sistemlərini icarəyə götürməyə məcburdurlar...
Pekin qədim ənənələri Partiyanın xidmətinə qoymağa çalışır...
Ukrayna mülki vətəndaşlarına müraciət...
Merin sözlərinə görə, təşəbbüsün əsas məqsədi “indi və gələcəkdə antisemitizm bəlası ilə mübarizə aparmaqdır”...
Rusiya SSRİ-nin dağılması yolundadır...
Yeni döyüş platformaları dənizdə müharibə qaydalarını dəyişdirir...