Lirənin məzənnəsinin kəskin ucuzlaşması ilə bağlı sosial şəbəkələrdə küçə etirazlarına çağırışlarla bağlı cinayət işləri başlanacaq. SİA xəbər verir ki, bu barədə Türkiyənin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Qeyd edək ki, çərşənbə axşamı axşam türk lirəsinin çökməsindən sonra İstanbul, Ankara və Türkiyənin bir sıra digər şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazçılar hökumətin istefası və hakim Ədalət və İnkişaf Partiyasının hakimiyyətdən uzaqlaşdırılması tələbi ilə şüarlar səsləndiriblər. Polis nümayişçiləri dağıtmaq üçün hərəkətə keçib.
“Sosial şəbəkələrin monitorinqi tədbirləri çərçivəsində küçə etirazlarına və zorakılığa çağıran, məzənnə dəyişikliyi ilə manipulyasiya yolu ilə cəmiyyətdə nifrət və düşmənçiliyə sövq edən şəxslərə qarşı cinayət işləri açılıb”, deyə Türkiyənin Təhlükəsizlik Baş İdarəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, 271 sosial media hesabının sahibinə qarşı iş başlanıb.
Xatırladaq ki, Türkiyə valyutası çərşənbə axşamı 1 dollar üçün 11,37 lirədən 13,21 lirəyə qədər ucuzlaşaraq yeni antirekord vurub. Türkiyəli maliyyə analitiki Arda Tuncanın dediklərinə görə, bir gündə belə kəskin eniş son 20 ildə maksimumdur. Bu, ötən cümə axşamı Türkiyənin mərkəzi bankının uçot dərəcəsini 16%-dən 15%-ə endirmək qərarından sonra baş verib və bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya ilə çıxışında yenidən uçot dərəcəsinin endirilməsinin lehinə danışıb.
Amma imperiyanın hökmdarı üçün bu, mümkün deyil...
Şirkətlər Ukrayna hərbi hücumlarından qorunmaq üçün öz hava hücumundan müdafiə sistemlərini icarəyə götürməyə məcburdurlar...
Pekin qədim ənənələri Partiyanın xidmətinə qoymağa çalışır...
Ukrayna mülki vətəndaşlarına müraciət...
Merin sözlərinə görə, təşəbbüsün əsas məqsədi “indi və gələcəkdə antisemitizm bəlası ilə mübarizə aparmaqdır”...
Rusiya SSRİ-nin dağılması yolundadır...
Yeni döyüş platformaları dənizdə müharibə qaydalarını dəyişdirir...