Analitika

  • 4 799

Ermənistan iqtisadi uçuruma doğru

image

İşğalçı ölkə cari ili də uğursuz dövlət siyasəti ilə başa vuracaq

Məlum olduğu kimi, müasir dövlətin və cəmiyyətin simasını göstərən ən əsas məsələ ölkəyə rəhbərlik edən şəxsin gördüyü iş və xalqına, vətəninə məhəbbətidir. Ancaq bu gün Ermənistanın durumu 9 ildir ki, işğalçı ölkəyə rəhbərlik edən qaniçən və cinayətkar Serj Sarkisyanın əsl simasıdır desək, yanılmarıq. Bu günlərdə işğalçı ölkədə aparılan rəy sorğuları deyilənlərin sübutudur. "Aykakan Jamanak" qəzeti yazır: "Aparılan son rəy sorğuları bir daha göstərir ki, əhalinin 78 faizi S.Sarkisyan iqtidarının hakimiyyətdən getməsini istəyir. Növbəti dəfə xalqın qanı bahasına prezidentlik müddətinin uzadılması ölkənin birdəfəlik yer üzündən seçilməsi deməkdir".

Lilit Qalstyan: "Cari ilin dövlət büdcəsi dövlətin məhvinə yol açan büdcədir"

Ermənistan parlamentinin deputatu Lilit Qalstyan 2017-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin dövlətin məhvinə yol açan büdcə olduğunu bildrib: "Bütün bu problemlərin baş verməsinin səbəbkarı S.Sarkisyanın konstitusiyaya qarşı çıxmasıdır. Əvvəla, büdcənin doldurulması özü ciddi sual altındadır. Digər tərəfdən, büdcədən sosialyönümlü məqsədlər üçün istifadə edilmir. Çünki avtoritar rejim yalnız özünü düşünür. Bu səbəbdən, hesab edirəm ki, bizdə avtoritar rejim mövcud olduğu üçün Sarkisyana məxsus olan konstitusiyaya da ehtiyac yoxdur. Çünki ölkədə konstitusiyaya əməl olunmur, əgər belə olmasaydı, Serj öz hakimiyyətini düşünərək, konstitusiyaya dəyişikliklər etməzdi".

Levon Keşayan: "Ermənistan bu məhvdən xilas olmaq üçün Azərbaycanla münasibətləri qaydaya salmalı, işğal olunmuş torpaqları azad etməlidir"

İşğalçı ölkədə yaranmış problemlərdən olan erməni əhalisinin ölkəni tərk etməsi bu gün daha da artıb. Səbəb də bəllidir: sosial problemlər, daha dəqiq desək, qazın, işığını, suyun qiymətinin artması, işsizlərin sayının daha da çoxalması. Mavi yanacağın qiymətinin artırılması ilə bağlı əhali arasında keçirilən sorğuda iştirak edənlərin 68 faizi "Qazın qiyməti qalxarsa, nə edəcəksiniz" sualına "Ermənistandan gedəcəyik" cavabını verib.Ermənistan yazıçısı Levon Keşayan ölkə rəhbərliyinin apardığı səviyyəsiz siyasət nəticəsində, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşamasını, çoxlu sayda erməninin doğma vətənini tərk edərək xarici ölkələrə üz tutduğunu bildirir: "Ermənistan bu məhvdən xilas olmaq üçün Azərbaycanla münasibətləri qaydaya salmalı və işğal olunmuş torpaqları azad etməlidir" L.Keşayan onu da deyib ki, məhz bunun nəticəsidir ki, Ermənistan dəfələrlə dünyanın ən zəif iqtisdiyyata sahib və korrupsiyalaşmış dövlətləri sırasına daxil edilib.

Ermənistan deputatı: "Hazırda Ermənistan əhalisinin 70-80%-i yoxsulluq içində yaşayır"

Ermənistan parlamentinin deputatı Armen Rustamyan Ermənistan iqtisadiyyatının çökdüyünü bəyan edib: "Erməni xalqı xaricdən gələn kreditlər və ianələrin hesabına yaşayır. Hazırda Ermənistan əhalisinin 70-80%-i yoxsulluq içində yaşayır. Bu, çox acınacaqlı rəqəmdir, bizim iqtisadiyyat, vaxt keçdikcə, daha da pisləşir. Ölkənin rəhbəri heç bir tədbir görməyi belə düşünmür".Göründüyü kimi, ölkədə baş verən iqtisadi tənəzüll Ermənistanın real əhalisinin ilbəil azalmasına səbəb olub. Belə ki, 2001-2011-ci illərdə (10 ildə) Ermənistan əhalisinin sayı 190 min nəfərə qədər azalıb. Belə ki, siyahıyaalmanın keçirildiyi 2011-ci ilin oktyabrında Ermənistanda 2,8 milyon nəfərdən az adam yaşayıb. Halbuki 10 il əvvəl bu rəqəm 3 milyon nəfər təşkil edib. 2012-ci ildə isə ölkəni tərk edən 42 min Ermənistan vətəndaşı geri qayıtmayıb.Ermənistan iqtisadiyyatının ən böyük problemlərindən biri də xarici borclardır. Məsələn, hazırda dövlət borcunun ÜDM-ə nisbəti 40 faizdən artıqdır ki, bu da yetərincə mənfi göstəricidir. Hətta 2008-ci ildəki məşhur böhran zamanı ölkə o qədər pis vəziyyətə düşüb ki, bir çox strateji obyektləri borc qarşılığında Rusiyaya vermək məcburiyyətində qalıb. Bunlar əsasən, elektrik stansiyaları və zavodlar idi. Erməni ekspertləri bildirirlər ki, bütün bunlar Ermənistan prezidentinin həyata keçirdiyi işğalçılıq siyasəti üzündən baş verir.Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, hazırda ölkədə yoxsulluq səviyyəsi 35,8 faiz təşkil edir ki, bu da 1,2 milyondan artıq insanın dilənçi vəziyyətində yaşaması deməkdir. Erməni mətbuatı müstəqil tədqiqatlara söykənərək, bildirir ki, Ermənistanda yoxsulluq səviyyəsində yaşayan əhalinin həcmi 48 faizdən bir qədər artıqdır və bu göstəricinin getdikcə artacağı da gözəniləndir. Erməni analitiklərin fikrincə, vəziyyətin bu halında hazırda ölkədə hər hansı iqtisadi inkişafdan belə söhbət gedə bilməz.Bütün bunlar, bir daha onu göstərir ki, sosial-iqtisadi sferada böyük problemlər yaşayan Ermənistan regional sülh və inkişafa öz işğalçılıq siyasəti ilə böyük təhlükə yaradır. Bu səbəbdən, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün bu ölkəyə beynəlxalq birlik tərəfindən sərt formada təzyiqlər göstərilməsi vacib sayılır.

A.SƏMƏDOVA

Digər xəbərlər