Mədəniyyət

  • 4 598

Qara Qarayevin musiqiləri Fransada səslənib

image

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin musiqiləri onun ad günündə Fransanın “Mezzo” kanalında səsləndirilib. SİA-nın məlumatına görə, “Les Films de la Decouverte” şirkətinin görkəmli bəstəkarımıza həsr edilmiş musiqili sənədli filmi Fransanın radio və televiziya kanallarında müntəzəm olaraq yayımlanır.Avropalı musiqisevərlərin marağına səbəb olan bu film Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə çəkilib. Qara Qarayevin anadan olmasının 100 illiyi çərçivəsində hazırlanan filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Evyan şəhərində çəkilmiş bu filmdə Qara Qarayevin musiqisi beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb.Qeyd edək ki, film fevralın 13-də, 15-də, 19-da və 21-də kanalda təkrar yayımlanacaq.

sia.az

Digər xəbərlər