2024-cü ildə Dövlət Neft Fondu (ARDNF) 7 milyard 128,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. SİA Fonda istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,65 dəfə çoxdur.Təkcə dekabrda isə ARDNF-in valyuta satışının məbləği 634,5 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur.Ötən il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməli idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 662,55 milyon manat az - 12 milyard 118,45 milyon manat olub.
Rusiya müharibə naminə təhsil və sosial xərcləri azaldacaq...
Ukrayna kəşfiyyatı Rusiya dəmir yolu logistikasına qarşı təxribat barədə məlumat verib...
Kreml yanacaqdoldurma məntəqələri şəbəkələrini öz üzərinə götürüb...