PDF Oxu

Heydər Əliyev-100

  • 6 324

Qusarda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

image

Qusar rayon Heydər Əliyev Mərkəzində YAP Qusar rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi və Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirilmişdir. Tədbir öncəsi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş səhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov rayon gənclərini təbrik edərək Ümummilli lider Heydər Əliyevin gənclərə və gəncliyə olan böyük diqqət və qayğısından,Cənab Prezident İlham Əliyevin dövlət gənclər siyasəti ilə bağlı həyata keçirdiyi əhəmiyyətli Dövlət Proqramlarından geniş söz açdı.Mərkəzin direktor əvəzi Lalə Kərimova Azərbaycan gəncliyinin vətənpərvəlik və dövlətçilik duyğularının tərbiyə olunmasında gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti haqqında ətraflı çıxış etdi.Tədbirə dəvət almış Vətən Müharibəsi qazilərindən İlkin Abuyev, Şamo Pirsaatov qəhrəman gənclərimizin tarix, xalq və Vətən qarşısında misilsiz xidmətləri,Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə onların inam və sevgisindən danışdılar.Rayonun ictimai həyatında fərqlənən bir qrup gənc fəxri fərmanlarla təltif edildi. Tədbir Heydər Əliyevin 100 illiyi ilə əlaqədar intellektual yarışma və musiqi nömrələri ilə davam etdi.

sia.az

Digər xəbərlər