Gürcüstanda yaşayan və təhsil alan azərbaycanlı tələbələr ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Gürcüstanda yaşayan və təhsil alan azərbaycanlı tələbələr iyulun 28-də Fəxri xiyabanda olublar. Onlar xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla anılmış, məzarları üstünə tər qərənfillər düzülüb.
Tələbələr İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi, Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyi, Qız Qalası ilə tanış olublar.