PDF Oxu

Əsas

  • 1 983

Siyavuş Novruzov: “Proporsional seçki sisteminin bərpası mümkün deyil”

image

"Ümumiyyətlə iqtidar-müxlifət dialoqunda hər bir partiya hansı məsələləri, yaxud mövzuları müzakirə etmək istəyirsə onu da təqdim etməlidir". BunuSİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov gözlənilən iqtidar-müxalifət dialoqunun növbəti raundunda proporsional seçki sisteminin tətbiqinin müzakirə ediləcəyinə münasibət bildirərkən deyib. YAP rəsmisinin sözlərinə görə, müzakirəyə təqdim olunan müxtəlif məsələlər siyasi təşkilatların bir araya gəlməsindən sonra ümumi müzakirəyə çıxarıla bilər: "Təbii ki, bu məsələlərin hansı məqbul hesab olunacaqsa və bu gün onun reallaşdırılması mümkündürsə, eləcə də tam şəkildə əsaslandırılacaqsa, məhz bu halda müxtəlif dəyişikliklər, düzəlişlər etmək olar". Siyavuş Novruzov proporsional, yaxud da digər seçki sisteminin tətbiqinin mümkünlüyü barədə qəbul edilən qərarların qanunvericiliyə uyğun olduğunu və konstitusion dəyişikliklər sayəsində reallaşa biləcəyini vurğulayıb: "Proporsional seçki sistemi ilə əlaqədar olaraq onu deyə bilərəm ki, bu sadəcə olaraq, konstitusion dəyişiklikdir. Onun keçirilməsi üçün mütləq referendum tələb olunur". YAP İcra katibinin müavini xatırladıb ki, bu il ölkəmizdə seçki ilidir və hətta seçki sisteminin dəyişikliyi ilə bağlı referendum keçirilsə belə, buna zaman yetməz. Bu baxımdan, müxalifətin bu istiqamətdə irəli sürdüyü fikirlərin reallaşacağı gözlənilmir: "Bildiyiniz kimi, bu il ölkəmizdə seçki ilidir. Referendum keçirilməsi ilə bağlı isə gərək ən azı 2 ay öncə qərar qəbul olunsun və s. Ümumiyyətlə, zaman baxımından seçkilərdə bu sistemin bərpası mümkün deyil". Qeyd edək ki, iqtidar-müxalifət dialoqunda iştirak edən müxalifət partiyaları ölkədə proporsional seçki sisteminin bərpası barədə müəyyən fikirlər irəli sürürlər. Lakin iqtidar ölkədə tədbiq edilən majoritar seçki sisteminin daha demokratik meyarlara cavab verdiyi qənaətindədir.

Digər xəbərlər