PDF Oxu

Əsas

  • 1 818

“Milli Şura”nın aksiyasının baş tutması mümkünsüzdür

image

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) təklifilə, əslində bu qurumun dərnəyi kimi fəliyyət göstərən "Milli Şura" martın 15-də mitinq keçirilməsi barədə qərar qəbul edib. Lakin mitinqin keçirilməsi, daha dəqiq desək, aksiyanın baş tutması mümkünsüz görünməkdədir. Çünki "Milli Şura"nın daha öncəki mitinqlərində də oraya az insanın toplaşması belə qənaətə gəlməyə zəmin yaradır. Digər tərəfdən, bu gün radikal düşərgədə, xüsusilə AXCP-də baş verən böhran və parçalanmalar istər cəbhənin, istərsə də "Milli Şura"nın iflic vəziyyətdə olduğunu təsdiq edir. Baş verən istefalar, qarşıdurmalar və s. kimi böhranlı vəziyyət isə təşkilatın ayaqda qalmasına imklan vermir. Belə olan halda mitinqin keçirilməsi, yaxud da baş tutması, ümumiyyətlə, inandırıcı görünmür.

Daha bir diqqətçəkən məqam ölü bir qurumun özünü zorla cəmiyyətə sırıması amilidir. Çünki normal və sağlam düşüncəli cəmiyyət nə AXCP-ni, nə də ki, "Milli Şura"nı ciddi şəkildə qəbul etməməklə yanaşı, onların fəaliyyətini rədd edir. Beləliklə, radikal təşkilatların rəhbərləri də yaxşı bilirlər ki, onların göstərdikləri cəhd nəticəsiz qalmaqla yanaşı, həm də heç bir səmərə verməyəcək.

""Milli Şura" ölmüş təşkilatdır və özünü diriltəməyə çalışır"

Bu arada Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da "Milli Şura"nın keçirməyə planlaşdırdığı mitinqlə bağlı öz fikirlərini bildirib. YAP rəsmisinin sözlərinə görə, "Milli Şura" ölmüş bir təşkilatdır və bu kimi vasitələrlə indi guya özünü diriltməyə çalışır. Siyavuş Novruzov hesab edir ki, "Milli Şura" dirilməyə çalışdığı üçün mitinq keçirmək istəyir: "Buna görə də belə bir təşkilatın mitinqində də heç kim iştirak etməyəcək".

Əslində, Siyavuş Novruzov bu kimi ifadələrini önə çəkməklə bir daha təsdiq edib ki, "Milli Şura"nın qabaqlar keçirdiyi mitinqlərdə 300-400 adamdan artıq insan toplaşmayıb. Bu sayın yarıdan çoxunu isə jurnalistlər və hüquq-mühafizə orqanlarının işçiləri təşkil ediblər. Yerdə qalanlar isə Əli Kərimlinin, yaxud da digər cəbhəçi funksionerlərinin zorla mitinqə gətizdirilən qohum-əqrəbaları olub. Məhz bu baxımdan, belə düşünmək mümkündür ki, hətta mitinqin keçirilməsinə rəsmi icazə verilsə belə, oraya adamlar toplaşmayacaq.

Növbəti rüsvayçılığa doğru

Bu isə həm də "Milli Şura"nın növbəti dəfə rüsvayçılığı kimi qiymətləndirilə bilər. Lakin "Milli Şura" rəhbərliyi, görünür, belə rüsvayçılıqlara alışırlar və bütün mənalarda rüsvayçılıqsız yaşaya bilmirlər. Keçirilməyi planlaşdırılan növbəti mitinq də məhz bu rüsvayçılığın tərkib hissəsidir. Cəmiyyət isə bu adıçəkilən qurumun hər dəfə biabır olmasından sonra ona və rəhbərliyə ironik münasibət göstərir. Çünki "Milli Şura" bundan artığına layiq deyil.

R.RƏSULOV

Digər xəbərlər