PDF Oxu

Əsas

  • 1 655

YAP rəsmisi: “Bu bir şou idi”

image

"Milli Şura"nın keçirdiyi mitinq deyil, bir şou idi. Bu şouda Əli Kərimli konsert verirdi". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov açıqlamasında deyib. Onun sözlərinə görə, " Milli Şura"nın keçirdi tədbirdə çıxışdan daha çox musiqi idi: "Əli Kərimlinin səsi olmadığından Əbülfəz Qurbanlını orada uladırdı". S. Novruzov vurğulayıb ki, mitinqdə səslənən fikirlərin heç biri, nə məntiqə, nə iqtisadiyyata, nə siyasətə aidiyyəti yox idi: " Orada Avropadan ayrı-ayrı qurumlardan maliyyələşən və onların sifarişi ilə Azərbaycanda bu cür şeyləri təşkil edən insanlar digər insanların ünvanına ittiham səsləndirirlər". YAP rəsmisi hesab edir ki, bu cür mitinqlərin heç bir effekti yoxdur və gələcəkdə də effektsiz olacağı göz qabağındadır, çünki müxalifətin heç bir sosial bazası yoxdur. Mitinqdə iştirak edən insanların sayı məsələsinə toxunan S. Novruzov "orada 800-dən çox insan iştirak edirdi, bunların da əksəriyyəti özlərinin qohum-əqrəbası və pulla tutulmuş adamlardır"-deyə, əlavə edib.

Digər xəbərlər