"1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin törətdiyi qətllər bir soyqırımıdır. Bu cinayətlər bağışlanmır. Belə cinayətin müddəti yoxdur. Cinayətkarlar cəzasını mütləq alacaqlar". Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən tədbirdə deyib.
M.Qurbanlı bildirib ki, Bakıda törədilmiş qırğınlar əslində Novruz bayramı ərəfəsində baş vermişdi: "Lakin bilirsiniz köhə və yeni təqvim arasında 13 gün fərq var. Ona görə də, biz 31 martı soyqırımı günü kimi qeyd edirik. İndiki Şəhidlər Xiyabanında o zaman minllərlə insan dəfn olunub. Xalq bunu yaddaşından silmədi və 1990-cı ildə həmin yerdə 20 yanvar şəhidlərini dəfn etməklə oranı Şəhidlər Xiyabanı adlandırdı".
Komitə sədri vurğulayıb ki, erməni xisləti daim güclünün tərəfində olmaqdır, onlar kiminsə himayəsinə sığınaraq Roma, Sasani və Osmanlı imperiyalarına arxadan zərbələr vurublar: "Amma törətdikləri cinayətləri ört-basdır etmək üçün saxta "soyqırımı" yaratdılar və bundan təbliğat vasitəsi kimi istifadə etməyə başladılar. Onlar İran, Türkiyə və Qafqazda böyük qırğınlar törədiblər. Amma ermənilər bu qırğınları törədənləri milli qəhrəman adlandırıb, onlara heykəllər qoyublar".
M.Qurbanlı qeyd edib ki, 31 mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yeni nəslə çatdırılmalıdır. O bildirib ki, ermənilərin bu hərəkətlərinin qarşısı alınmasa, bunlar başqa yerlərdə də təkrarlana bilər.