Canaqqala zəfərinin yüzüncü ildönümü münasibətilə keçirilən mərasimlərdə iştirak etmək üçün Türkiyədə səfərdə olan Baş nazirin müavini Əli Əhmədov aprelin 23-də Azərbaycanın İstanbuldakı baş konsulluğunun inzibati binasında olub. Baş konsul Həsən Zeynalov diplomatik nümayəndəliyin fəaliyyəti, binada əməkdaşlar üçün yaradılmış şərait barədə məlumat verib.