PDF Oxu

Əsas

  • 1 657

Çanaqqala zəfərinin ibrət dərsləri və qondarma erməni soyqırımı

image

Topçu kənd tam orta məktəbində YAP İsmayıllı rayon təşkilatının təşəbbüsü, məktəbin müəllim-şagird kollektivinin təşkilatçılığı ilə "Çanaqqala zəfərinin ibrət dərsləri və qondarma erməni soyqırımı"nın mahiyyətinə həsr olunmuş konfrans keçirilib.Konfransı giriş sözü ilə məktəbin direktoru Xavər Abdullayeva açaraq qeyd edib ki, tarixən bəşər övladına düşmən kəsilmiş, dəfələrlə məkrli niyyətlərinə görə Bizansdan, qədim Avropanın digər dövlətlərindən deportasiya olunaraq Osmanlı dövlətinə, Azərbaycan torpaqlarına sığınan ermənilər çox təəssüf ki, öz iyrənc ideyalarından əl çəkmək əvəzinə bir zamanlar "türk milləti bəşəriyyətin ən humanist millətidir" dedikləri türklərə qarşı amansız vəhşiliklər, soyqırımı siyasəti həyata keçiriblər: "Bəşəriyyətə böyük fatehlər, sərkərdələr bəxş etmiş türklər ermənilər və onların havadarları tərəfindən türklərə və islam dünyasına qarşı həyata keçirilən bu mənfur siyasətə sinə gərməyi bacarmış, ona qarşı yönəldilən bütün təxribatların, soyqırımların qarşısını layiqincə almağı bacarmışdır". Konfransda məruzə ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, Çanaqqala zəfərini türk - islam tarixinə zəfər günü və bütöv türk dünyasının qurtuluş günü kimi düşdüyünü bildrib:"Həmin gün türk milləti böyük bir qəhrəmanlıq dastanı yazaraq bəzi məkrli, çirkin qüvvələrə türkün gücünü göstərdi. Daima cahanda sülhün, dostluğun carçısı olan türklər bu qələbə ilə zülmə, işğalçı qüvvələrin məkrli siyasətinə son qoydular. Bu gün türkün gücünü həzm etmək istəməyən bu anti-islamçı qüvvələr yalanlarla, böhtanlarla Türkiyəyə qarşı iyrənc təbliğat aparmaqdadırlar. Hər il aprel ayı ərəfəsində fəallaşaraq hüquqi əsası olmayan saxta təbliğatla beynəlxalq ictimaiyyəti aldatmağa, süni ajiotaj yaratmağa çalışan erməni ideoloqlarının məkrli kampaniyası bu il daha geniş vüsət almışdır. Qondarma "erməni soyqırımının 100-cü ildönümü" ərəfəsində çirkin təbliğatlarını genişləndirən erməni şovinistləri ənənəvi olaraq Türkiyə və Azərbaycanı hədəf seçərək özləri haqqında "məzlum", "qırğına məruz qalmış millət" imici yaratmağa səy göstərirlər".Konfransda çıxış edən Ramiz Baloğlanov, İzzət Şirəliyev, Adil Vəliyev və başqaları qeyd ediblər ki, "Erməni soyqırımı"nın həqiqətən uydurma olduğu tarixi mənbələrdən məlumdur. Çünki tarixi mənbələrdə "soyqırımı" faktını təsdiqləyən hər hansı bir dəlil yoxdur. Bu baxımdan, Ermənistanı öz arxivlərini beynəlxalq araşdırmaçılar üçün açmasına məcbur edilməlidir. Əslində isə Türkiyə dövləti hər zaman tarixi mənbələrin, arxivlərin açılmasına tərəfdar olduğunu bəyan edir. Bildirilib ki, vətəndaş cəmiyyəti institutları, diaspor təşkilatları olaraq tarixi arxivlərin açılması təşəbbüsünü reallaşdırmaq üçün ermənilərin üzərinə getməlidir. Ermənilər və Ermənistan dövləti "soyqırımı" iddiasının uydurma olduğunun üzə çıxacağından ehtiyatlanaraq hər zaman bu məsələdən yayınır və yayınmağa da davam edəcəklər. Türk xalqlarının diaspor təşkilatları olaraq, beynəlxalq miqyasda fəaliyyəti daha da aktivləşdirməli, tarixi arxivlərin açılmasına çalışılmalıdır.Tədbirin sonunda şagirdlərin ifasında "Hökmdar və qızı" tamaşasından səhnəcik göstərilib.

ZÜMRÜD

Digər xəbərlər