PDF Oxu

Əsas

  • 1 882

III Qlobal Açıq Cəmiyyətlər Forumu ilk gününü yekunlaşdırdı

image

Dünən Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu II paneldə öz işini davam etdirib. SİA-nın məlumatına görə, tədbirə 72 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə dəvət olunub.

Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirak edib. Müzakirələrdə ilk çıxış edən Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai deyib ki, bu günkü mövzu barışa aiddir: "Biz Əfqanıstanda buna sülh deyirik. Biz barışığa necə nail oluruq? Bu elə mövzudur ki, biz bunun ətrafında illərlə məşğul oluruq. Münaqişə, qeyri-sabitlik və s. buna həm daxili, həm də kənar amillər təsir göstərir. Biz bunu Livanda, Kalumbiyada və digər yerlərdə görmüşük. Münaqişələrə kənardan hansısa amillər təsir göstərirsə, onda barışığa nail olmaq asan deyil. Əksər hallarda münaqişələrin həlli sonda tez-gec çox güclü şəkildə tək regionda olan proseslər tərəfindən deyil kənardan təsir altına düşür".

Bosniya və Hersoqovinanın keçmiş baş naziri Zlatko Lagumdzija qeyd edib ki, ədalət olmadan barış ola bilməz: "Hər yerdə bu mövcud deyil. Bu birinci sütundur. İkinci sütun iqtisadiyyatla bağlıdır. Üçüncü sütun qurumlardır. Dördüncü element isə təhsildir. Ətrafımızda olan mühit bu evləri dağıda bilər. Barış və bölüşən cəmiyyət vəhdətli bir evdir. Prezident İlham Əliyev də bu gün öz çıxışında Xocalı soyqırımına toxunaraq bu məsələ haqqında daha geniş nitq söylədi".

Livanın keçmiş prezidenti Amine Gemayel vurğulayıb ki, o müharibələrdə qardaşını, oğlunu, qardaşı oğlunu itirib: "Mən əsl dramı yaşamışam. Ona görə də mən bütün burada təqdim olunan fikirləri bölüşürəm. Kosovoda baş verən badisələr hər birimizi narahat edir. Burada mən barışıq, həm də bağışlanmaq terminindən danışmaq istərdim. Hər kəs keçmişi tanıyaraq bağışlamağa nail ola bilər. Bu sosioloji bir məsələdir".

Xorvatiyanın sabiq prezidenti İvo Josipovic deyib ki, barış bacarığı hər bir dövləti, cəmiyyəti uğura aparan bir şərtdir: "Hər iki tərəf barış üçün hazır olmalı və bunu istəməlidir. Həm siyasi iradə, həm də, ümid olmalıdır. Elə bir hüquq, mühit yaradılmalıdır ki, bunu dəstəkləyə bilsin. Ədaləti unutmaq olmaz. Daimi olaraq danışıqlar prosesinin aparılması çox önəmlidir. Bəzən mediada yüksək siyasətçilər arasında döyüşlər olur. Barış prosesi şəxslərlə bağlı çox həssasdır. Biz öz insanlarımızı inandırmalıyıq ki, keçmişdə baş verən müharibələrə düzgün yanaşılsın".

İrlandiya Respublikasının keçmiş baş naziri Bertie Ahern çıxışında öz ölkəsinin yaşadığı münaqişələrə toxunub: "Münaqişələr çox fərqlidir. Artıq neçə illərdir ki, mən bu işlə məşğulam. Hər hansı bir məqam ətrafında razılığa gəlsək bu artıq uğurdur. Çalışmaq lazımdır ki, insanların həyatı xilas edilsin. İnsanların hər gün ölməsi, yararlanması mənfi hallara yol açır. Hesab edirəm ki, bütün bunların qarşısı alınmalıdır. Baxmaq lazımdır ki, status-kvo ilə hamı razıdırmı? Biz bunu nəzərdən keçirməliyik. Hər bir münaqişədə məsələlər çox fərqlidir. Şimali İrlandiyada dini zəmində müəyyən çətinliklər var. Dini mövzu mövcuddur və çətindir".

Daha sonra Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında qeyd edib ki, insanlıq yaranandan, dövlətlər mövcud olandan münaqişələr də olub: "Qədim İslam xilafəti imperiyası, Moğol imperiyası və s. buna nümunə ola bilər. Münaqişələri bir neçə qrupa bölmək olar. Regional münaqişələr bir regionu əhatə edən münaqişədir. Xarakterinə görə dini, siyasi, dini dözümsüzlük və s. münaqişələr mövcuddur. Hələ o vaxtlar Böyük Britaniya öz ərazisindən 500 dəfə böyük olan ərazi ələ keçirib. Buna Fransa dövlətini də nümunə olaraq göstərə bilərik. Tarixin sonrakı dövründə sinfi mübarizə zəminində soyuq müharibə başladı. Bu 1990-cı ilə qədər davam etdi. ATƏT yarananda onun çərçivəsində ilk dəfə Helsinki Yekun Aktı qəbul olundu. Lakin bu da münaqişlərə son qoymadı. Sonra Paris Xartiyası meydana gəldi, amma bu da uğurlu səmərə vermədi. Təəssüflər olsun ki, biz indi də bu münaqişləri aradan qaldıra bilmirik". Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Əli Həsənov deyib ki, SSRİ dağılandan sonra biz belə münaqişələrin Dağlıq Qarabağda, Gürcüstanda və digər başqa yerlərdə baş verdiyinin şahidi olduq: "BMT Təhlküəsizlik Şurası Ermənistana qarşı 4 qətnamə qəbul edib, amma indiyədək də bunun heç biri icra olunmayıb. Təəssüflər olsun ki, nə BMT, nə də onun Təhlükəsizlik Şurası bu münaqişəyə son qoya bilməyib. Müasir dünyada münaqişələrin həll olunmamasının əsas səbəbi beynəlxalq hüquq nornalarına əməl olunmamasıdır. Bir günün içərisində Liviyaya ordu yeridildi, amma sülh hələ də bərqərar olunmayıb". Forumun bugünkü iclasına müzakirələrlə yekun vurulub. Qeyd edək ki, Forum iki gün davam edəcək.

Ceyhun Rasimoğlu

Digər xəbərlər