PDF Oxu

Əsas

  • 1 684

20 il tərəqqi, quruculuq və qələbələr yolu

image

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı 20 illiyini qeyd edib

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının 20 illik yubileyi ilə bağlı keçirilən tədbiri rayon təşkilatının sədri Füzuli Gülalıyev hər kəsi partiyanın yaranma tarixi günü ilə bağlı təbrik edib. Yubiley tədbirini YAP rayon təşkilatının sədri F.Gülalıyev ötən 20 ildə təşkilatın daha da möhkəmlənməsi üçün görülən işləri iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, 20 il ərzində YAP Qobustan rayon təşkilatı bir çox uğurlara imza atıb. Hazırda rayon təşkilatının 2200 nəfər üzvü var. Onların 51 faizini qadınlar, 40 faizini gənclər təşkil edir.

F.Gülalıyev onu da vurğulayıb ki, xalqımız məhz bu partiyanın sıralarında milli birlik, milli həmrəylik qazanaraq dövlət müstəqilliyini qorumağa və möhkəmləndirməyə, demokratik dövlət quruculuğu yolunda görkəmli nailiyyətlər əldə etməyə nail olub: "Ən əsas başlıca səbəb budur ki, YAP-ın yaradıcısı, memarı dahi Heydər Əliyev xalqımızın Ümummilli Lideridir və müstəqil, demokratik Azərbaycan dövlətinin yaradıcısıdır. Partiyamızın 20 illik tarixi yolu şərəfli mübarizələr yolu, tərəqqi, quruculuq və qələbələr yoludur". Rayon təşkilatının sədri onu da vurğulayıb ki, YAP-ın yaradıcısı Heydər Əliyev irsinin davamçısı respublika Prezidenti YAP-ın Sədri Cənab İlham Əliyevin fəaliyyət prinsiplərinin əsas istiqamətlərinin öyrənilməsi və təbliği məqsədi ilə mühazirələr Yeni Azərbaycan Partiyası "Tarixi zərurətdən yaranan partiya" mövzusunda ziyalıların partiya fəallarının, gənclərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirildi: "Fərəhli haldır ki, 20 illik yubiley ərəfəsində partiya sıralarına qəbul olunmaq üçün daha çox müraciətlər vardır. Əqidəcə saf, yüksək intellektli ziyalı insanlar, nümunəvi gənclər partiya sıralarına qəbul edilirlər. Partiyada cəsarətli, mübariz, fədakar gənclərə xüsusi dəstək verilir. Gənclər təhsil almaqla yanaşı, siyasi fəallıqlarını da artırmaq marağı ilə partiya sıralarına qoşulurlar".

Yubiley tədbirində YAP Qobustan rayon təşkilatı idarə heyətinin üzvü, Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov partiya üzvlərinin Ulu Öndərin müqəddəs ideyalarının fəal təbliğatçıları olacaqlarına bundan sonra da coşqu və əzmkarlıqla çalışacaqlarına əminliyini bildirərək, siyasi fəaliyyətlərində onlara uğurlar arzulayıb. A.Məmmədov YAP Qobustan rayon təşkilatının 20 illik yubileyi ərəfəsində böyük quruculuq inkişafı dövründə partiyanın üzvü olduqlarından fəxr duyduqlarını, ölkə Prezidenti Cənab İlham Əliyevin siyasi kursunu daim dəstəkləyəcəklərini partiyanın həyata keçirdiyi tədbirlərdə daha fəal mübariz və prinsipial mövqedən çıxış edəcəklərini rayonun abadlıq-quruculuq işlərində bundan sonra da yaxından iştirak edəcəklərini vətənimizin tərəqqisinə var qüvvələri ilə çalışacaqlarını bəyan edib. Rayon rəhbəri hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə ölkə Prezidentinə dərindən minnətdar olduğunu, göstərilən etimadı şərəfli işləri ilə doğruldacaqlarını bildirib.

Sonda bir qrup partiya fəalına fəxri fərmanlar və partiyaya yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib. Yubiley tədbiri Qobustan rayon Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin musiqi kollektivinin iştirakı ilə konsert proqramı ilə davam edib.

R.HÜSEYNOVA

Digər xəbərlər