PDF Oxu

Əsas

  • 1 875

Siyavuş Novruzov: “Yerdəyişmələr ola bilər”

image

"Yeni Azərbaycan Partiyasından qarşıdan gələn növbəti parlament seçkilərində kimlərin namizəd olacağı aparılan tədqiqatdan asılıdır." SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dilə gətirib. Onun dediyinə görə, artıq YAP-ın seçki proqramına uyğun olaraq bu yöndə də tədqiqat gedir: "Burada həm də o var ki, hakim partiyanı hazırda parlamentdə təmsil edənlərdən kimlər təkrar seçkilərə gedəcək və yaxud da, onlar hansı yeni namizədlərlə əvəz olunacaqlar... Bundan əlavə qeyd edim ki, Azərbaycanda 40-dan artıq partiya bəyanat verib ki, seçkilərdə iştirak edəcəklər. İndi biz də baxacağıq ki, hansı dairədən hansı namizəddir və bizim namizəd kim olmalıdır ki, orada seçicilərin rəğbətini qazansın, səs çoxluğu ilə qələbə çalsın. Yerdəyişmələr də ola bilər. Yəni bunlar hamısı taktiki gedişlərdir. Bunlar hamısı olacaq. Bu səpkidə proseslər gedir". S.Novruzov eyni zamanda, seçkilərin nəticələrinin bir daha seçicilərin rəyindən, seçimindən asılı olacağını deyib: "Bizim indiyə qədər keçirdiyimiz sosioloji sorğular da, bütün ictimai rəylər də onu göstərir ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbə çalacaq".

Digər xəbərlər