PDF Oxu

Əsas

  • 1 686

Avropa Parlamentinin ucuz şousu

image

Yaxud erməni pulunun dadı onların ağızlarındakı demokratiya təamını itirib

Uzun illərdir ki, Azərbaycanın müstəqil, qətiyyətli və demokratik inkişaf xəttindəki dönməzlik yolundan ehtiyat edən, hətta bundan narahat olduqlarını açıq-aydın ifadə edən bir sıra beynəlxalq təşkilatlar bu ərəfələrdə, xüsusilə I Avropa Oyunları ərəfəsində daha da azğınlaşır, daxillərindəki aqressiyalarını, təxribatçı əməllərini heç bir vəchlə gizlədə bilmirlər. Söz yox ki, burada bir neçə nəfər Avropa Parlamenti deputatının qurumun iclası zamanı yaxalarına cinayət əməllərinə görə həbs olunmuş "hüquq müdafiəçilərinin", yaxud da "jurnalistlərin" şəkillərini vuraraq, onları "siyasi məhbus" kimi təqdim etmələri arxasında Qərbi Avropa ölkələrində güclü fəaliyyətləri ilə seçilən erməni lobbisinin dayanması şübhəsizdir. Və əgər araşdırsaq, başda Avropa Parlamentinin vitse-prezidenti və Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek olmaqla, onların hər birinin fəaliyyətlərində rüşvət, korrupsiya və s. bu kimi bədnam əməlləri ifşa etmiş olarıq. Ancaq bu barədə yazının sonrakı məqamında qeyd edəcəyik.

Yaxalarına Leyla Yunusun, Xədicə İsmayılovanın, Rəsul Cəfərovun, Anar Məmmədlinin, Emin Hüseynovun, İntiqam Əliyevin şəkillərini vuran hər bir avropalı deputatın maliyyələşdirilmələri arxasında erməni lobbisinin izi mövcuddur

Buna qədər həm də onu xatırlatmaq yerinə düşərdi ki, Avropa Parlamentinin iyunun 8-də keçirilən iclası zamanı yaxalarına Leyla Yunusun, Xədicə İsmayılovanın, Rəsul Cəfərovun, Anar Məmmədlinin, Emin Hüseynovun, İntiqam Əliyevin şəkillərini vuran hər bir avropalı deputatın maliyyələşdirilmələri arxasında erməni lobbisinin izi mövcuddur. Bunu isə ayırd etmək, müəyyənləşdirmək heç də çətin məsələ deyildir. Məsələn, həmin avroparlamentarilər məhz "Amnesty İnternational", "Freedom House", "Human Right Watch", "Norveç İnsan Haqları Evi" və bu cür daha bir neçə qərəzli təşkilatların "hesabatlarını" əsas götürərək, "siyasi məhbus" məsələsini süni şəkildə qabardırlar. Bəllidir ki, yuxarıda adları çəkilən bu təşkilatların hər biri, ümumiyyətlə, aclıq və səfalət içində çapalayan, əhalisi sürətlə boşalan, oliqarxlar ölkəsinə çevrilmiş, siyasi məhbuslarının sayı 300 nəfəri keçmiş, işğalçılıq siyasəti yürüdən, terrorçuluğa dəstək verən diktatura rejimli Ermənistan barədə heç bir tənqidi hesabat hazırlamayıblar. Məhz buradan da görünür ki, həmin təşkilatların Azərbaycan dövlətinə qarşı apardıqları kampaniyaların arxasında işğalçı, terrorçu Ermənistan adlı "dövlətin" diktatura rejiminin, həmin rejimi ayaq üzərində saxlayan erməni lobbisinin əli vardır.

Nəticədə bu gün yaxalarına Azərbaycan xalqı tərəfindən xəyanətkar, satqın kimi tanınan fərdlərin şəkillərini köynəklərinə vuraraq, ölkəmizə qarşı qara piar kampaniyası aparan Avropa Parlamenti deputatlarının hər biri məhz erməni lobbisinin onlara xərclədikləri pullar hesabına həmin addımlarını atırlar. Adi bir misal, sadəcə misal irəli sürək. Məsələn, əgər Azərbaycan lobbisi həmin fərdlərə erməni lobbisindən daha artıq pul versə, bu zaman onlar "siyasi məhbus" şəkilli köynəklərini çıxarıb, səhv etdiklərini dönə-dönə deyəcəklər. Buna hər kəs əmin olmalıdır. Ancaq bunu görməyəcəklər! Çünki Azərbaycan dövləti, xalqı haqq-ədalət yolunda olduğunu bilir və haqqı-ədaləti heç zaman pulla, rüşvətlə almır. Bunu edənlər isə yalnız ermənilər ola bilər.

Azərbaycan xalqına bu cür demokratiya dünəndən lazım deyil!

Bu baxımdan, Avropa Parlamentinin haray-şüvənçi deputatları artıq erməni lobbisinin puluna o qədər aludə olublar ki, həmin pulun dadı ağızlarındakı demokratiya təamını tamamilə itirmiş olub və bizə - Azərbaycan xalqına bu cür demokratiya dünəndən lazım deyil!

Daha bir fakt isə Azərbaycan hakimiyyətinə "çağırış" edərək, səs-küy qaldıranlar yaxşı olardı ki, bir dəfə də dönüb həm öz ölkələrindəki demokratik böhrana, eləcə də Avropanın digər ölkələrində baş verən insan hüquqları pozuntularına nəzər salıb, onu qiymətləndirmək cürətinə malik olsunlar. Əlbəttə ki, bu, onlara sərf etməz. Çünki özləri də yaxşı bilirlər ki, Avropadakı demokratik vəziyyət hansı səviyyədədir və əslində, Azərbaycanda mövcud olan demokratik mühit heç onların özlərində mövcud deyil.

İndi isə Lunaçekin Azərbaycana qarşı siyasi məhbus iddiasının arxasında hansı məqamların dayandığını araşdıraq. Məsələn, bu, avropalı "həyasızın" şəxsi xarakteristikası da bir çox suallara cavab tapmağa imkan verir. Lunaçek Avropa Parlamentində tutduğu vəzifə ilə yanaşı, həm də LGBT (lezbiyan, gey, biseksual, transseksual) hüquqları üzrə qruplararası komitəsinin rəhbəridir. Onun cinsi azlıqlara xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı ilə məşhur olan Linaçekin siyasətə gələn yolu da məhz buradan keçib.

Qoca lezbiyan Lunaçek 4 yaşlı uşaqlara seks dərsi keçmək istəyən manyakdır!

XÜSUSİ QEYD: Lunaçek Avropa İttifaqı ölkələrində 4 yaşlı uşaqlara "seksual tərbiyə və tədris"i nəzərdə tutan qanun layihəsini irəli sürdüyünə görə Avropanın özündə etirazlarla, böyük qınaqlarla və kəskin hiddətlə qarşılanıb və bu gün "insan haqlarından" danışan Lunaçek 4 yaşlı uşaqlara seks dərsi keçmək istəyən manyakdır!

Onu da xatırlatmaq yerinə düşərdi ki, ermənipərəstlik mövqeyi Avropa Parlamentində yalnız Lunaçekə xas olan məsələ deyil. Buna sübut kimi hələ 2014-cü ilin iyununda Avropa Parlamentinin digər vitse-prezidenti - Yaçek Protaseviçin işğal olunmuş Azərbaycan torpaqlarına səfər etməsini, orada qondarma "DQR"-in "prezidenti" Bako Saakyanla görüşünü, bu da azmış kimi, hətta Avropa Parlamentinin "DQR"-in Avropa institutları ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bəyan etməsini də xatırlamaq yerinə düşərdi.

Beləliklə, məsələ bir daha aydın və aşkardır. Avropa Parlamentinin qoca lezbiyanının Azərbaycan dövləti barədə işlətdiyi hər bir fraza onun çürük ağzından o yana keçməməklə yanaşı, həm də Leyla Yunusun, Xədicə İsmayılın və s. "vicdan məhbuslarının" kimlər tərəfindən dəstəklənməsinin göstəricisidir. Necə deyərlər, Avropa Parlamentinin kuluarlarında taylı-tayını tapmaqdadır.

Yuxarıda da qeyd etdiyimiz kimi, Avropa Parlamentinin rüşvət və korrupsiya girdabında boğulması da kimsəyə sirr deyil. Fakta nəzər salaq. Hələ bu ilin aprelində Avropa İttifaqının Antikorrupsiya Agentliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb OLAF rəhbəri Covanni Kessler isə bildirib ki, Avropanın ayrı-ayrı ölkələrində eyni vaxtda baş verən korrupsiya, dələduzluq və digər cinayətlər bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır: "Çünki bu cinayətlərə milli dövlətlərin səlahiyyətləri çərçivəsində baxılır. Ona görə də korrupsiya ilə ümumavropa səviyyəsində mübarizə aparmaq, belə cinayətlərin araşdırılması üçün xüsusi büro yaratmaq lazımdır".

Avropalı ekspertlərin özlərinin nəticələrinə görə, korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik və xaotik xüsusiyyətinə çevrilir. Maraqlıdır, görəsən, Lunaçek və onun parlamentdəki əlaltıları bu dəfə erməni lobbisindən nə qədər rüşvət alıb? Hər halda bunu da araşdırıb, dəyərli oxucularımıza məlumat verəcəyik. Özü də teziklə...

Rövşən NURƏDDİNOĞLU

P.S. I Avropa Oyunlarına sayılacaq günlər və saatlar qaldıqca, Azərbaycana qarşı qərəz kampaniyası aparan bu kimi qurumların qərəzləri, əslində özlərinin ifşaları ilə nəticəsini tapmaqdadır. Bu il Avropa Parlamentində məhz Lunaçekin təklifi ilə qondarma erməni soyqırımını tanımaq çağırışı edilmişdi. Onda məlum olmuşdu ki, həmin çağırışa görə, ona bir neçə yüz min avro rüşvət verilmişdi. İndi isə bu həyasız avropalını daha böyük ifşa gözləyir. Bunu isə biz deyil, özü istəyir.

Digər xəbərlər