PDF Oxu

MİA

  • 3 305

Bəşəriyyətin ağciyərlərinə terrorun 2-ci seriyası: Plandemiya baş verəcəkmi? - AKTUAL

image

Bu günlərdə qlobal gündəmdə planetin ağciyərlərinə təcavüz, yəni iri yanğınlar olsa da, ondan daha qorxulu bir təcavüz də bəşəriyyətin ağciyərlərinə edilir. Hər ikisi öz filminin 2-ci seriyasıdır. Bir neçə il qabaq dünyanın ən böyük meşələrinin (Amazon, Sibir, Kaliforniya, Afrika, Türkiyə, Yunanıstan və s) yandırılması planetin ağciyərlərinə terror filminin 1-ci seriyası idi. İndi bu filmin 2-ci seriyası başlayıb. Eləcə də, bir neçə il qabaq bəşəriyyətin ağciyərlərinə qarşı COVİD terroru da filmin 1-ci seriyası idi, indi 2-ci seriya başlayır.

Dünyanın fərqli ölkələrində ortaya çıxan yeni metapnevma vurusu artıq digər ölkələrə də yayılmaqdadır. 2024-ci ilin sonu 2025-ci ilin əvvəllərində dünyada yeni virusun yayılacağı və pandemiyaya səbəb olacağı haqda neçə ildir ki proqnozlar verilirdi və müxtəlif adlarla təqdim olunurdu. Hətta bır sıra qlobal media və ekspertlər tərəfindən bu virusun öldürücülüyünün Coviddən 20 dəfə güclü olacağı da qeyd olunurdu. Hələlik, bu virus təhlükəli həddə çatmayıb, lakin heç kim təminat verə bilməz ki, süni yaradıldığı və qəsdən dövriyyəyə buraxıldığı heç kimdə şübhə doğurmayan bu virusun yeni, daha ağır modifikasiyaları ortaya çıxmayacaq.

Virus və ona qarşı vaksinin hazırlanması haqda son 1 ildə dünya mediasında və beynəlxalq ekspertlər tərəfindən dəfələrlə danışılıb, yazılıb. Bu yazıda onlardan bəzilərini sizlərə xatırladacağıq. Çünki nə və necə baş verdiyini anlamaq üçün prosesin gedişinə baxmaq lazımdır.

“Amerika Psixoloji Assosiasiyası (APA) senzuraya əsaslanan yeni psixoloji kampaniya həyata keçirir. Assosiasiya, onlayn "dezinformasiyanın" dayandırılmasına kömək etmək üçün hökumətdən federal maliyyə tələb edir.

2021-ci ildə APA ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən COVID-19 ilə bağlı əsas məlumatları onlayn izləməyə kömək etmək üçün 2 milyon dollarlıq qrant qəbul edib.

Qorxurlar ki, növbəti pandemiya başlayanda Covid biabırçılığı zamanı olduğu kimi internetdə ifşa olunacaqlar”. NaturalNews.com 18/01/2024

“ABŞ uzun müddətdir ki, yaxşı vəziyyətdə deyil. Hazırlıqlar əlbəttə ki, gedir: amerikalıları qorxutmaq üçün vətəndaş müharibəsi haqqında film çəkdilər və daha çox maraqlı işlər görəcəklər.

Bütün bunlar isə iqtisadiyyat və bank sistemindəki problemlər fonunda baş verir. Belə şəraitdə diqqəti yayındırmaq üçün güclü bir tətik lazımdır. X virusu Covidin göstərdiyi kimi işlək bir seçimdir.

Ona görə də biz yeni epidemiya ssenarisini ehtimalını yüksək hesab edirik”.

@ZeRada 20/01/2024

Qlobalistlərin açıq şəkildə xəbərdarlıq etdikləri X epidemiyası vasitəsilə dünyanı necə yenidən formatlamağa hazırlaşdıqlarını düşünmək üçün ciddi əsaslar var!

Əvvəlcə sürətli bir layihə:

• qlobal istiləşmə problemi

•Antarktidada hər şeyi məhv etməyə qadir olan qədim viruslar var

• X epidemiyası baş verir

• peyvənd prosesi

•hər kəs üçün karbon izləri və rəqəmsal pasportların tətbiqi

İndi isə faktlar:

Arktika zombi virusları minilliklər boyu Arktikanın əbədi şaxtasında sıxışaraq, buzlaqların əriməsi və Sibir gəmiçiliyinin artması ilə bərabər, həm də yeni dəhşətli pandemiyaya səbəb ola bilər - The Guardian.

Tədqiqatçılar artıq amöbləri yoluxdura bilən “Methuselah” zombi viruslarının ştammlarını təcrid ediblər və insan patogenləri olan poksvirusların və herpesvirusların genomik izlərini müəyyən ediblər.

Alimlər insanlar üçün yoluxucu olan başqa hansı virusların əbədi buzlaqda gizləndiyini bilmirlər və onlar qorxurlar ki, uzaq keçmişdən gələn bir virus yeni qlobal epidemiyaya səbəb ola bilər.

•X xəstəliyi ilə bağlı xəbərləri birləşdirsəniz, əla hekayə alınır.

Yanvarın 17-də Davosda qlobalist Qebreyesusun rəhbərliyi ilə Dünya İqtisadi Forumunda “X xəstəliyinə hazırlıq” mövzusunda toplantı keçirilib.

“Gələcək illərdə baş verə biləcək və 50 milyondan çox insanı öldürə biləcək naməlum “X xəstəliyi” ilə bağlı ÜST-nin son xəbərdarlıqlarına nəzər salın. Səhiyyə sistemləri qarşıda duran çoxsaylı çağırışlara necə hazır ola bilər?

Nəticədə ÜST-ün internetdə yanlış məzmun yayan vətəndaşları cəzalandırmaq və onlara nəzarət etmək üçün məsuliyyət daşıyacaq polis qüvvəsinə ehtiyacı olduğu qərara alınıb.

"Xəstəlik X" adlı sessiyada ÜST-nin direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, "Xəstəliyə daha yaxşı hazırlaşmaq" və "Xəstəliyi anlamaq" üçün bütün dünya liderləri ÜST-ə hüquqi cəhətdən məcburi olan "Pandemiya Sazişi" ilə razılaşmalıdırlar. Bu, qlobalistlərə suveren dövlətlər üzərində görünməmiş nəzarət, onlara söz azadlığını qadağan etməyə və vətəndaşları onlayn olaraq "dezinformasiya" yaydıqlarına görə qondarma ittihamla həbs etməyə imkan verir.

•Bütün bunların nəticəsində şəxsi CO2 emissiyalarının ölçülməsi texnologiyası yaranacaqmış.

“Yaşıl gündəm” çərçivəsində digər əsas prinsip, bütün ciddiliklə, karbon izi izləyicisindən istifadə edən insanlara daha çox rəqəmsal nəzarət əlavə etməyi təklif edir. Platformalar biləcəklər: “səyahət etmək üçün hara uçursunuz, necə səyahət edirsiniz, hansı yeməkləri yeyirsiniz, platformalarda nə alırsınız və nə qədər pul xərcləyirsiniz”.

Bəşəriyyətə qlobal nəzarət alətinin yaradılmasını əsaslandırmaq üçün “yaşıl gündəm”, yeni viruslar və qlobal istiləşmə ilə beyni yuyulur. Və bu, məqsədi “demokratiya” adlandırdıqları totalitar rejim qurmaq olan qlobalistlərin proqramının yalnız kiçik bir hissəsidir.

@ZeRada 23/01/2024

Azernews.az xarici KİV-ə istinadən xəbər verir ki, Rokfeller və Bill Qeyts “Merkuri” layihəsinin alimlərindən insanların niyə peyvənddən imtina etdiklərini öyrənmələrini istəyir.

Layihənin məqsədi Covid-19-la müqayisədə peyvənd nisbətini artırmaq və dünyanın 17 ölkəsində ictimai səhiyyədə “yanlış məlumatlarla” mübarizə aparmaqdır.

Rokfeller “ictimai sağlamlıq dezinformasiyasının yaratdığı artan qlobal təhlükə ilə mübarizə” aparan 12 komandaya 25 milyon dollar bağışlayacaq.

Məqalədə deyilir ki, 2021-ci ilin payızında Sosial Elmlər Tədqiqat Şurası peyvəndlərə və daha sağlam informasiya mühitinə tələbatı artırmaq üçün səmərəli və miqyaslı həllər tapmaq üçün sosial və davranışçı alimləri səfərbər edərək Merkuri Layihəsini işə salıb.

Rokfeller Fondu, Robert Vud Conson Fondu, Alfred P. Sloan Fondu, Craig Newmark Philanthropies və Milli Elm Fondu tərəfindən maliyyələşdirilən 25 milyon ABŞ dolları ilə “Merkuri” layihə qrupları kontekstdə fərqli olan 17 ölkədə müdaxilələr portfelini qiymətləndirir.

“Biz Bill və Melinda Qeyts Fondu tərəfindən maliyyələşdirilən təkliflər üçün yeni çağırışı elan etməkdən məmnunuq. “Merkuri” layihəsi indi Afrika ölkələrində uşaq peyvəndləri, HPV, poliomielit, qızılca və Covid-19 daxil olmaqla, milli prioritetlərə uyğun gələn peyvəndlərə tələbatın artırılmasına yönəlmiş onlayn və ya oflayn müdaxilələrin təsirini qiymətləndirməyi təklif edir.

@AzerNewsAz

17/02/2024

Davisda “Xəstəlik X” təqdimatı!

Yanvarın 17-də qlobalist terrorçu Qebreyesusun rəhbərlik etdiyi psixopatların toplantısı Davosda Dünya İqtisadi Forumunda “X xəstəliyinə hazırlıq” mövzusunda görüş planlaşdırır!

“Gələcək illərdə başlaya və 50 milyondan çox insanı öldürə biləcək naməlum “X xəstəliyi” ilə bağlı ÜST-ün son xəbərdarlıqlarına nəzər salın. Səhiyyə sistemləri qarşıda duran çoxsaylı çağırışlara necə hazır ola bilər?

Sadəcə bu cəfəngiyyatı oxuyun!

Beləliklə, ehtimal ki, gizli bir vürus var. O, bizim üçün tanınmazdır, amma o, çox təhlükəlidir! İş o yerə çatıb ki, Bill Qeytsin verdiyi maaşla işləyən ÜST alimləri artıq hesablayıblar ki, bizə məlum olmayan və yalnız fərziyyə olaraq mövcud olan xəstəlik 2020-ci ildəki pandemiyadan 20 dəfə çox insanı öldürəcək. Ona görə də təcili olaraq buna hazırlaşmalıymışıq. !

Aydındır ki, bu, qlobal planın bir parçasıdır. Bəs niyə bu qədər axmaqdır? Gələcək qənaətləri artıq səsləndirə bilərik: bizə çox, çox pul lazımdır!

@Ten_NaPleten 15/01/2024

Pfizer və Moderna peyvəndlərini COVID-19-dan 6 ay əvvəl hazırlamışdılar

Fransanın “Stategica” nəşri yazır ki, bunu ABŞ məhkəməsinin tələbi ilə məxfilikdən çıxarılan əczaçılıq şirkətlərinin daxili sənədləri təsdiqləyir.

Pfizer və Moderna 2019-cu ilin may ayında vaksinlər hazırlamağa başladılar, baxmayaraq ki, ilk koronavirus infeksiyası Çinin Uhan şəhərində noyabrın 17-də bildirildi. Pandemiyaya altı ay əvvəldən hazırlaşmış olan şirkətlər əvvəlcədən 100 min doza istehsal etmişdi.

Nəşr hər şeyin arxasında Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru və Ağ Evin keçmiş tibb müşaviri Dr. Entoni Faucinin dayandığını irəli sürür. Koronavirusun funksionallığını artırmaq üçün araşdırmalara gizli sponsorluq edən o idi.

24/04/2024

ABŞ 1 milyon dollarlıq layihə çərçivəsində quş qripinin ştammlarını daha yoluxucu və ölümcül etmək üçün Çin alimləri ilə əməkdaşlıq edir, baxmayaraq ki, bu cür testlərin yeni Covid-in yaranmasına səbəb olacağı qorxusu var.

“Deyli Meyl” 19/05/2024

Kanadanın Baş naziri Castin Trudo, COVID-19-dan daha pis ola biləcəyini söylədiyi yeni bir pandemiya barədə xəbərdarlıq etdi.

O, pandemiyanın bank, benzin və ərzaq təchizatında ciddi axsamalara səbəb olacağını güman edir. Üç aydan doqquz aya qədər fasilələrlə bir neçə dalğada inkişaf etməsi gözlənilir. Kanada hökuməti artıq müəssisələrə bu cür şoklara hazırlaşmaq üçün təlimat verib.

Hökumət vurğulayır ki, yeni pandemiyanın adətən mövsümi qripdən təsirlənməyən yaş qrupları arasında daha çox xəstəliyə və ölümə səbəb ola bilər.

15.08.2024

"Böyük müharibədən qaçsaq belə... Başqa bir pandemiya olacaq" – deyə Bill Qeyts sentyabrda CNBC-yə bildirib. Artıq bunu heç gizlətmirlər də.

Keçən ilin son 2-3 ayında artıq bir sıra insanlarda məlum olmayan virus narahatlıq yaradıb. Əlamətləri Coviddə olduğu kimidir. 2-3 həftə heç bir vasitə ilə sağalmır. Sosial şəbəkələrdəki müzakirələrdə artıq on minlərlə adam bu xəstəliklə mübarizə apardığını yazır.

Dünyadan son xəbərlərdə isə, virusun sürətlə müxtəlif ölkələrdə yayıldığı haqda narahatedici xəbərlər gəlməkdədir. Hər bir halda insanlarımız immunitetlərini güclü saxlamağa çalışmalı, gigiyenaya ciddi fikir verməli, qapalı məkanlarda sıx ünsiyyətlə olmaqdan çəkinməlidir. Qlobal ekranda növbəti plandemiyanın 2-ci seriyasının jurnalı nümayiş etdirilir, “kino” başlayanadək hazırlıqlı olmalıyıq. Lakin qorxmaq lazım deyil. Qlobal quldurların növbəti oyunu da baş tutmayacaq. Sadəcə, diqqətli olmalı, panikaya düşməməli və özümüzü qorumalıyıq. Qlobal demonların bəşəriyyətə qarşı elan olunmamış müharibəsi gedir. Keçən dəfəki planları uğurlu olmadı və məqsədlərinə çata bilmədilər. Bu dəfə də qələbə bəşəriyyətin olacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər