PDF Oxu

MİA

  • 1 502

Aleksandr Razuvayev: Qərb erməniləri silahlandırır, amma istənilən qisas cəhdi Ermənistanın mövcudluğunu dayandıracaq - ŞƏRH

image

“İrəvan qonşuları ilə əməkdaşlıq etməyib Avropa İttifaqına üz tutsa, bu, Ermənistanı iqtisadi fəlakətə aparacaq”

Politoloq və iqtisadçı Aleksandr Razuvayev “Moskva-Baku” portalına Ermənistanın Avropa İttifaqına daxil olmaq niyyətinin necə başa çata biləcəyi, bunun isə onun Avrasiya İqtisadi İttifaqından çıxması ilə nəticələnəcəyi haqda danışıb. Ekspertin şərhini oxucularımıza təqdim edirik.

- Aleksandr Yuryeviç, Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyünün başlanması ilə bağlı qanun layihəsini təsdiqlədi. Parlamentdə layihəyə baxılacaq. Həmçinin, baş nazir Nikol Paşinyanın izah etdiyi kimi, respublikanın Avropa İttifaqına daxil olması məsələsi ilə bağlı əhali arasında referendum keçirilməlidir. Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanın bu addımını “Titanik”ə bilet almaqla müqayisə edib. Bu müqayisəni necə izah edə bilərsiniz?

- Cənab Paşinyanın Ermənistanın Aİ-yə daxil olması və ya ən azı, Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alması üçün hər şeyi etmək niyyəti “batan gəmidən” qaçmamaq, əksinə, göyərtədə tullanıb düşməkdir. Çünki tezliklə Avropa İttifaqının ümumiyyətlə Ermənistana vaxtı və ehtiyacı qalmaya bilər.

Ermənistanda ümid edirlər ki, Aİ onlara daimi maliyyə və sərmayələr şəklində qızıl dağları verəcək. Ermənistana nə nə niyə investisiya etmək lazımdır? Çətin ki, kimsə Ermənistanı Aİ-yə qəbul etsin. Bu o deməkdir ki, bu ölkə Avropa İttifaqının özü üçün yeni başağrısına çevriləcək. Avropa İttifaqının genişlənməsi tədricən və coğrafi baxımdan məntiqi idi. Bəs Ermənistan hara, Aİ hara?! Əgər bir neçə ildən sonra Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu verilsə, Avrasiya İqtisadi İttifaqına daxil olan dövlətlər dərhal respublikanın strukturdan çıxarılması məsələsini qaldıracaqlar. Bu gün Ermənistanın iqtisadiyyat naziri bəyan edib ki, ölkə Aİİ-dən çıxmaq imkanını nəzərdən keçirmir. Amma heç kim onu ​​Avrasiya İqtisadi İttifaqında saxlamayacaq ki, onun Aİ ilə sıx yaxınlaşması var. İrəvan isə özünə sərfəli olan iki stulda eyni vaxtda oturmaq istəyir. Bu plan işləməyəcək.

Yadıma o vaxt Ukrayna ilə bağlı yaranmış vəziyyət gəlir. Putin Yanukoviçə Ukraynanın Aİ-yə namizəd statusu alsa, Rusiya tərəfindən bütün iqtisadi üstünlüklərin dərhal ləğv ediləcəyini deyəndə. Eyni şey Ermənistana da aiddir. Azad ticarət zonası olmayacaq, ticarət rüsumlarla olacaq. Bunun ardınca Ermənistan üçün Rusiya qazının qiymətinin artması müşahidə olunacaq. Ermənistan iqtisadiyyatı Rusiya ilə ticarətə, onun aşağı qiymətə mümkün olan hər şeylə təmin olunmasına əsaslanır və böyüyür. Həm də Aİİ-yə üzvlüklə bağlı. Rusiyada yaşayan ermənilərin sayı Ermənistan Respublikasının özündə yaşayan ermənilərdən daha çoxdur.

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxdıqdan sonra bu ölkənin ixracı 70 faiz azalacaq və ticarət balansı dağılacağı təqdirdə Ermənistanın milli valyutası dram da risk altında olacaq. O, astronomik sürətlə aşağı uça bilər. Ermənistanın iqtisadiyyatı çökəcək. Respublika əhalisi isə, Ermənistan vətəndaşlarına Aİ ölkələrinə vizasız giriş imkanı verilərsə, o zaman əhali kütləvi şəkildə ölkəni tərk edərək Avropaya köçməyə başlayacaq.

Ermənistana ölkənin iqtisadi inkişafına töhfə verəcək Zəngəzur dəhlizinin açılması təklif edilib. Lakin İrəvan müqavimət göstərir. Axı onlar müvafiq müqavilə imzalayıblar, orada belə dəhlizin çəkilməsi ilə bağlı bənd var? İmzalanmışdır. Məsul ölkə imzaladığını həyata keçirməlidir. Amma burada belə deyil. Və Paşinyanın Zəngəzur dəhlizinin əvəzinə təklif etdiyi və Qərbdə fəal şəkildə təbliğ etdiyi “Dünyanın kəsişməsi” adlı nəqliyyat layihəsi reallığa uyğun olmayan layihədir. Bəs görəsən Qərbin bununla nə əlaqəsi var? Bununla heç bir əlaqəsi yoxdur. İlk növbədə, qonşularınızla danışıqlar aparmalısınız. Ermənistanın baş naziri hansı dövlətlərin Ermənistanla qonşu olduğunu xatırlayırmı? Deyəsən yox. Bu da Azərbaycan, Türkiyə, İrandır. Həm də onlar Aİ dövlətləri deyil. Belə görünür ki, Ermənistan onlarla münasibət qurmalı, həmçinin Rusiya ilə də yaxşı münasibətlər qurmalıdır. Amma yox. Onda axı iqtisadi cəhətdən gözəl inkişaf edərdi. Onlar isə “xoşbəxtliyi” hardasa uzaqlarda axtarır. Aİ isə Ermənistana Avrasiya İqtisadi İttifaqına üzvlüyünü layiqincə əvəz edəcək bir mövqedə deyil (və buna həvəsi də yoxdur).

Başqa bir amil də var: Ermənistanda hesab edirlər ki, Avropa İttifaqı respublikaya silah tədarükündə ciddi köməklik göstərəcək, onun köməyi ilə respublika müəyyən müddətdən sonra yenidən Qarabağı nəzarətə götürməyə çalışacaq. Bəli, Aİ artıq Ermənistanı qismən silahla təmin edir və ordusunda islahatlarla məşğuldur. Amma Ermənistanın yaxın gələcəkdə Azərbaycana qarşı hər hansı revanş alması real deyil. İstənilən qisas cəhdi Ermənistanın sadəcə olaraq mövcudluğunu dayandırması ehtimalı ilə doludur.

Ona görə də göz qabağındadır ki, Aİ-yə daxil olmaq istəyi, Ermənistan hakimiyyətinin bu məsələ ilə bağlı konkret addımları respublika üçün son dərəcə axmaq və təhlükəli addımdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər