PDF Oxu

MİA

  • 831

Ölkəmizdə söz, fikir azadlığı və plüralizm dünya ölkələri üçün nümunədir - TƏHLİL

image

İnsanların hüquq və azadlığını, ümumiyyətlə, demokratik mexanizmlərin mövcudluğunu təsdiq edən məhz fikir, söz və məlumat azadlığının olmasıdır. Daha dəqiq desək, demokratik cəmiyyətin əsas şərtlərindən biri və hətta ən birincisi məhz söz, fikir və məlumat azadlığı hesab olunur. Məhz bu azadlıların da sivil cəmiyyətin atributu sayılmağı heç də təsadüfi deyil. Söz azadlıqlarının, fikir və məlumat azadlığının qorunduğu ölkələr sırasında Azərbaycanın da olması onu deməyə əsas verir ki, ölkəmiz insanların hüquq və azadlıqlarının qorunduğu demokratik ölkədir.

Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi dönəmlərdə həmin dövrün səriştəsiz hakimiyyəti demokratiyadan nə qədər dəm vursa da, ağız dolusu danışsa da cəmiyyətimiz yaxşı görürdü və bilirdi ki, hərcmərciliyin, hakimiyyət uğrunda mübarizənin, xaosun, qarışıqlığın, az qala ölkəni vətəndaş müharibəsinə sürükləyən qarşıdurmaların fonunda demokratiya və insan azadlığından söhbət belə gedə bilməzdi. Özlərini demokrat adlandıran həmin dövrün hakimiyyət nümayəndələri sadəcə olaraq, demokratiyanı alət etmişdilər. Amma Azərbaycanın sivil bir dövlət olması, insan haqlarını və hüquqlarını, insan azadlığını qoruyan bir dövlət olaraq demokratiyanı alət etmək yox, demokratik şəraiti yaratmaq, demokratik dövlət qurmaq və onu inkişaf etdirmək lazım idi. Məhz buna görə də Azərbaycan xalqı öz müdrik liderinə, Umummilli Lider Heydər Əliyevə müraciət ünvanladı və xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər bütün qarışıqlıqların, xaosun, hərcmərciliyin, ələlxüsus da vətəndaş müharibəsinin qarşısını aldı və bununla da insan hüquq və azadlıqlarının, demokratiyanın təmin olunması üçün əsaslı zəmin yaradıldı.

Xatırladığımız kimi, ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə müstəqil ölkəmizin ilk demokratik Konstitusiyasının qəbul olunmasından sonra hüquq və azadlıqların təmin olunması, ölkəmizdə fikir, söz və məlumat azadlığının, eləcə də plüralizmin inkişaf etdirilməsi üçün yeni üfüqlər açıldı, çünki həmin sənədin qəbul olunması ilə bütün insan azadlıqlarının təminatına, plüralizmin inkişafına əsas zəmin yaratdı. Beləliklə də müstəqil mətbuatımızın, qəzet və jurnalların, televiziya kanallarının inkişafında yeni mərhələyə başlanıldı, siyasi partiyaların fəaliyyəti üçün böyük imkanlar açıldı. Ən qısa müddətdə bütün siyasi qüvvələrin Milli Məclisə keçiriən seçkilərdə təmsil olunmasına, demokratik seçkilərin keçirilməsinə nail olundu və bu, artıq illər boyu özünü göstərməkdədir.

Ümummilli Lider Heydər Əliyevin məhz "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 1998-ci il 6 avqust tarixində imzaladığı tarixi Fərmanı ilə senzuranın ləğv olunmasının və bununla da müstəqil mətbuatın fəaliyyətində yeni dövrün başlanğıcının hər birimiz şahidi olduq. Şahidi olduq ki, digər sahələrdə olduğu kimi, elə müstəqil mətbuatımızın əsasını da məhz dahi rəhbər, Ulu Öndər Heydər Əliyev qoydu. Xalqımız haqlı olaraq Ulu Öndəri hər zaman özünün xilaskarı hesab edib və həqiqətən də milli mətbuatımızın inkişafında, fikir, söz, məlumat azadlığının, plüralizmin inkişafında Azərbaycan xalqının Ümummilli Liderimizin rolu danılmazdır.

Ulu Öndər Heydər Əliyevin kursunu böyük müvəffəqiyyətlə davam etdirən cənab Prezident İlham Əliyev cəmiyyətin demokratikləşməsi sahəsində söz və mətbuat azadlığının önəmini nəzərə alır və hakimiyyətə gəldiyi ilk gündən bu sahəyə xüsusi diqqət və xüsusi qayğı göstərir. Jurnalistlər arasında keçirilən sorğu nəticəsində Azərbaycanın dövlət başçısının, ölkə rəhbərimizin, cənab İlham Əliyevin 2 dəfə Jurnalistlərin Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin Dostu" mükafatına layiq görülməsi də təsadüfi olmayıb və məhz elə bu diqqət və qayğının məntiqi nəticəsi hesab olunur. Mətbuatımıza göstərdiyi diqqət və qayğı, eləcə də yüzlərlə jurnalistin mənzillə təmin olunması, jurnalisrlərin kommunal şəraitlərinin yaxşılaşdırılması fonunda göstərdiyi diqqət özü onu deməyə əsas verir ki, həqiqətən də cənab Prezident İlham Əliyev jurnalistlərin dostudur. Deməli, ölkə rəhbərimiz Azərbaycanda demokratik dəyərlərə, söz, fikir və məlumat azadlığına, plüralizmin inkişafına, insan azadlığına böyük önəm verir. Məhz buna görə də Azərbaycan məhz insan azadlıqlarının ən yüksək səviyyədə olduğu demokratik ölkədir və dünya ictimaiyyəti ölkəmizi söz, fikir və məlumat azadlıqlarının, plüralizmin inkişafı baxımından indi ən qabaqcıl ölkələrdən hesab edir.

Sözsüz ki, milli mətbuatımız artıq özünün ən inkişaf etmiş və bundan sonra da inkişaf etməkdə olan mərhələsindədir. Azərbaycanda jurnalistlərin hüquqları, məlumat əldə etmək, informasiya mübadiləsi etmək hüquqları qorunur. Müxtəlif mətbuat səhifələri hazırda heç bir senzura olmadan fəaliyyət göstərir. İndi mətbuatımızda heç bir qadağalar tətbiq olunmur. Fikir və söz azadlığı qorunur. Bizim ölkəmizdə hər kəsin öz fikrini ifadə etmək kimi bir qazadlığı var. Təkcə mətbuat səhifələrində deyil, indi ölkəmizdə insanlar öz sosial şəbəkə hesablarında belə azad şəkildə məlumat əldə edə, məlumat paylaşa, informasiya yaya bilirlər. Heç bir məhdudiyyətlər qoyulmur və insanlar öz düşündüklərini belə ifadə etməkdə azaddırlar.

Onu da bilirik ki, hazırda Azərbaycanda çoxlu sayda siyasi partiyalar fəaliyyət göstərirlər. Qeyd olunduğu kimi, onların əksəriyyəti seçkilərdə də azad şəkildə iştirak edirlər və bütün hüquqları da qorunur. Dəfələrlə şahidi olmuşuq ki, özünü müxalifət düşərgəsindən hesab edənlər, müxalif siyasi partiyalar belə seçki kampaniyalarına qatılıblar və onların seçkilərdə azad şəkildə iştirakı təmin olunub. Hətta geniş şərait də yaradılıb. Seçkilərə maneəsiz şəkildə qatılan ayrı-ayrı siyasi partiya liderilərinin öz platformaları ilə xalqa müraciət etmələri üçün də imkanlar yaradıldığının dəfələrlə şahidi olmuşuq. Prezident seçkinlərinə belə qatılan, seçkilərdə öz namizədlərini irəli sürərək iştirak edən siyasi partiyalar üçün yaradılan şəraitin hansı səviyyədə olduğunu dəfələrlə müşahidə etmişik. Biz sözlə, siyasi əqidəsindən asılı olmayaraq, siyasi partiyalar üçün hərhansı maneələr yaradılmırsa, əksinə, istənilən seçki kampaniyasından imkan və şərait yaradılırsa, onların hər birinin iştirakı təmin olunursa, deməli, ölkəmizdə olan söz azadlığı və plüralizm artıq bütün dünya ölkələri üçün bir nümunə sayılır.

Müəllif: İnam Hacıyev

6.3.2. "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Digər xəbərlər