PDF Oxu

MİA

  • 1 202

Uşaqlar, texnologiya və təhlükə: ekspertlərin fikri toqquşur

image

Yeniyetmələrin psixologiyası, texnologiya və gənclərin inkişafı sahəsində dünyaca tanınmış kanadalı inkişaf və kəmiyyət psixoloqu, Kaliforniya Universiteti İrvin (UCI) Sosial Ekologiya Məktəbində professor və tədqiqat direktoru olaraq fəaliyyət göstərən Kendis Odcers 25 ildir yeniyetmələrin zehni sağlamlığını araşdırır. O, smartfonlar ətrafında mövcud müzakirələrin yeniyetmələrin üzləşdiyi ən böyük problemlərin bəzilərini gizlətməsindən qorxur.

Kendis Odcers hesab edir ki, uşaqlar və yeniyetmələr üçün boş vaxtlarını onlayn keçirməyin daha təhlükəsiz olmasının bircə yolu var, o yol da bütün yetişkin insanları internetdən qovmaqdır. O deyir ki, kişilər azyaşlıların seks istismarının ən böyük günahkarlarıdır və dezinformasiya yayma ehtimalı onlarda daha yüksəkdir.

Sosial psixoloq və "Narahat Nəsil" kitabının bestseller müəllifi Conatan Haidt ötən həftə BBC Radio 4-ə verdiyi açıqlamada uşaqlarını sosial mediadan uzaq tutmağın vacib olduğunu, 16 yaşlı qızının hələ də sosial şəbəkələrdə qeydiyyatdan keçmədiyini bildirib və deyib ki, qızı da bunu istəmir. Sosioloq əlavə edib: "O, sosial şəbəkələrin digər qızlara nə etdiyini görür".

Lakin bunun əksinə olaraq, 25 ildir yeniyetmələrin əqli sağlamlığını araşdıran inkişaf psixologiyası professoru Odgers fərqli bir yanaşma tətbiq edir. O, hər iki uşağınına 11 yaşı tamam olanda smartfonlar verdiyini və qızının eyni yaşda Snapchat-dan istifadə etməyə başlamasına icazə verdiyini deyir.

Psixoloq deyir ki, gənclər arasında artan sağlamlıq problemlərinin əsas izahı kimi sosial şəbəkələri günahlandıran insanlara etiraz edir. O deyir ki valideynlər əslində daha təhlükəli vəziyyətləri bilmədikləri üçün onlayn təhlükələri ən böyük hesab edir. Psixoloq deyir ki telefonsuz məktəb tətbiqini bütün ölkələrdə qəbul etdirən müasir təhsil sistemi onu məyus edir: "Mənə getdikcə daha aydın olur ki, qadağalar vəziyyəti daha da pisləşdirəcək, daha yaxşıya doğru dəyişdirməyəcək".

Odgers və Haidt illərdir eyni tədqiqatları oxuyan, lakin tamamilə fərqli nəticələrə gələn elm adamlarıdır. Haidtin kitabı iki il əvvəl nəşr olunduğu gündən bəri 44 dildə 2 milyondan çox nüsxə satılıb. Kitabın alt başlığı olan "uşaqlığın yenidən qurulması" nəzəriyyəsi valideynləri məktəblərdə smartfonların qadağan edilməsi üçün kampaniya aparmağa ruhlandırıb və sosial media istifadəsinə yaş məhdudiyyətləri ilə bağlı siyasi müzakirələrə səbəb olub.

Təsirli akademik ixtisaslarına baxmayaraq, Odgers hələ də Haidt qədər beynəlxalq səviyyədə təsir gücünə malik deyil. Hesab edir ki, bu yaxınlarda nəşr olunan "Uşaqlar və texnologiya haqqında nəyi səhv başa düşürük" adlı əsəri bunu dəyişdirməyə kömək edə bilər. O, Haidtin uğuruna işarə edərək deyir: "Qorxulu hekayələr satılır, onlar həmişə satılıb və qorxulu hekayələri valideynlərə satmaq həqiqətən asandır. Biz narahat insanlarıq."

2008-ci ildən bəri Odgers 10-14 yaşlı uşaqlarla işləyir, hər gün telefonlarını yoxlayaraq onların öz vaxtlarını necə keçirdiklərini və nə hiss etdiklərini təhlil edir. Təsirli akademik keyfiyyətlərinə baxmayaraq, Odgers hələ də Haidt qədər beynəlxalq təsirə malik deyil.

"Sosial medianın günahkar kimi müəyyən edilməsi yanlışdır" deyən psixoloq Odgers internetdə zorakılığa məruz qalan uşaqların əksəriyyətinin oflayn rejimdə də zorakılığa məruz qaldığını göstərən araşdırmaları übut kimi göstərir. “Kiber-zorakılığın olmadığını demirəm, amma yalnız buna diqqət yetirsək, mənzərənin böyük bir hissəsini gözdən qaçırarıq. Uşaqların zərər görmə ehtimalı ən yüksək olan yer onların evlərində, məktəblərdə etibar etdikləri insanlardır.”

Psixoloq insanlar tərəfindən texnologiya şirkətlərinə qarşı çox humanist yumşaq davranmaqda ittiham olunsa da, Odgers platformaların daha sərt tənzimləməyə ehtiyacı olduğunu çox açıq şəkildə bildirir. “Onlayn seks istismarına, zorakılığa yol verən texnologiya şirkətlərini məsuliyyətə cəlb etməliyik. Bu, qadınlar və qızlar üçün dəhşətlidir, çünki qurbanların 80%-dən 90%-ə qədəri onlardır. İndi gəlin baxaq, görək ki, texnologiya şirkətlərinin sahibləri və inkişaf etdiriciləri də 90%-i kişilərdir, ona görə də qadın və qızların onlayn qorunması baxımından belə bir fundamental problemimiz var.”

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər