Siyasət

  • 563

Deputatlığa yaramaz Cəmil Həsənli - ANALİZ

image

Mövcud fakt və reallıq ondan ibarətdir ki, hər bir siyasi partiyanın gücü, sosial baza baxımından imkanları yalnız seçkidən seçkiyə müəyyənləşir. “Siyasi partiyalar haqqında qanunda”da seçkilər də iştirakla bağlı siyasi partiyaların üzərinə öhdəliklər qoyulur. Təbii ki, seçkiyə qatılmayan və ya seçkidə uduzan partiyalar qanunvericilik aktlarını pozmaqla yanaşı sıravi üzvlərinə qarşı da hörmətsizlik nümayiş etdirmiş olurlar. Təəssüflər olsun ki, Azərbaycan reallığında bəzi siyasi partiyalar var ki, onlar qanunla vacib hesab olunan tələbləri yerinə yetirmirlər. Düzdür seçki də uduzmaq və ya aşağı həddə seçici səsi qazanmaq mümkündür. Bu hal heç də faciə deyil. Sadəcə onun göstəricisidir ki, siyasi partiyalar və onların rəhbərləri cəmiyyət də özlərinə yetərincə dəstək qazana bilməyib.

Dünya da baş verən siyasi təcrübəyə əsasən demək olar ki, seçkilər də uduzan partiya sədrləri ortaya istefa mədəniyyəti qoyurlar. Buna misal olaraq qardaş Türkiyə də seçki məğlubiyyəti ilə üzləşən partiya sədrlərinin istefa vermələrini göstərmək olar. Azərbaycanda isə siyasi partiya rəhbərləri dəfələrlə seçki məğlubiyyəti ilə üzləşmələrinə baxmayaraq oturduqları kresloları boşaltmaq istəmirlər. Əksinə daha böyük acıgözlüklə zəbt etdikləri sədrlik kreslosundan yapışırlar. Bu azmış kimi hər seçki ərəfəsi müxtəlif rənglər də musiqilər ifa edirlər. Gah deyirlər ki. Seçki Məcəlləsi demokratik deyil, gah iddia edirlər ki, seçki mühiti onları qane etmirlər, bəzən də özlərindən uydururlar ki. guya seçkilərin keçirilməsi üçün bərabərhüquqlu imkanlar yaradılmır. Bütün bunlar bəhanələrdən başqa bir şey deyil. Əslində anlayırlar ki, cəmiyyət onları qətiyyətlə rədd edir və hər hansı forma da dəstək vermək haqqında düşünmür. Bu da ondan irəli gəlir ki. dağıdıcı müxalifət müasirləşən və daim inkişafda olan Azərbaycan siyasətində hələ də köhnə təfəkkürlə yaşayır, siyasi mübarizənin demokratik, sivil yollarla aparılmasının zəruriliyini dərk edə bilmirlər.

Dağıdıcı müxalifətin 30 ildən çoxdur ki, seçkilərlə bağlı zarıltı və inilti səsləri eşidilir

Uzun illərdir ki, AXCP, Müsavat və Milli Şura deyilən separatçı qurumların siyasi mübarizə yolları dəyişməyib. Səbəb də onların meydan təfəkküründən və küçə psixalogiyasından hələ də xilas ola bilməmələridir. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyəti meydan təfəkkürü ilə idarə etdikləri üçün özlərini siyasi cəhətdən məhv etməklə yanaş dövlətə və xalqa da böyük faciələr yaşatdılar. O vaxt Azərbaycan demək olar ki, dağılırdı, ölkəmizdə ilahlı dəstələr, quldur dəstələri meydan sulayırdılar. Məhz AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, ölkə parçalanırdı. Pənah Hüseyn, Fəhmin Hacıyev, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı kimi səriştəsiz məxluqların yarıtmaz idarəetmələri səbəbindən məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq gündəlik həyatımızın reallığına çevrilmişdi. O ağır məşəqqətli dövr də prezident kimi formala status sərgiləyən Əbülfəz Elçibəy 1993-cü ilin mayında keçirdiyi müşavirədə bütün dövlət strukturlarında korrupsiya və rüşvətxorluğun baş alıb getdiyini bildirmişdi. Hətta onun xəbərdarlıq xarakterli çıxışına iclas iştirakçılarının istehzalı reaksiyası da müşavirəni izləyənlərin diqqətindən yayınmamışdı.

Məhz bu cür özbaşınalıqlar, xaos və anarxiya nəticə də ölkəni fəlakətlə üz-üz qoydu. Yaxşı ki, nəhayət xalq birlik göstərdi, cəbhə hakimiyyətini tarixin zibilliyinə atmaqla müdirik xalq olduğunu nümayiş etdirdi. Xalq yaxşı bilirdi ki, AXC-Müsavat iqtidarı Azərbaycanın parçalanmasına, dağılmasına, və torpaqlarımızın erməni terrorçuları tərəfindən işğalına məruz qalmasına göz yumur, dövlətin büdcəsini, qızıl fondunu çapıb-talamaq yolu ilə özlərinə var-dövlət yığmaqla, məşğuldurlar. Dövr və zaman dəyişsə də Əli Kərimlinin, İsa Qəmbərin, Arif Hacılının, Cəmil Həsənlinin, Pənah Hüseynin və digərlərinin düşüncələrində müsbətə doğru dəyişiklik baş verməyib. Dəyişən özlərinə aldıqları bahalı kostyumlardır. Dünən olduğu kimi bu gün də separatçı, təxribat xarakterli fikirlər səsləndirir, addımlar atırlar. 30 ildən çoxdur ki, seçkilərlə bağlı zarıltı və inilti səsləri eşidilir. Yenə də eyni zarıltılı səslər eşidilməkdədir. Bu dəfə də seçki məğlubiyyəti ilə üzləşəcəklərini anladıqlarından sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə bağlı əxlaqa ziddi fikirlər səsləndirir, açıqlamalar verilər.

Cəmil Həsənli təxribat kampaniyasından geri qalmaq istəməsə də...

Növbədənkənar parlament seçkiləri ilə bağlı dağıdıcı müxalifətin öz ağıllarına müvafiq olmayan fikirlər söyləmələri onu təsdiq edir ki, bu məxluqlar xarici ağalarından xüsusi tapşırılar alıblar. Əgər belə olmasa idi, iddialı şəxslər seçki hazırlığına başladıqları hal da onlar boş-boş çərənçiliklə məşğul olmazdılar. Seçki də şanslarını yoxlamaq üçün ağıllı platforma ortaya qoya, layihə irəli sürə, seçicilərin maraqlarını ifadə edə biləcək təkliflər hazırlayardılar. Görünən isə qeyd etdiyim kimi AXCP, Milli Şura rəhbərliyi və trolları seçki ilə bağlı özlərinin mənasız fərziyyələrini, ehtimallarını söyləyir, bəzən isə özlərini çox bilmiş olaraq göstərmək üçün qanunvericilik aktlarından misallar çəkirlər. Milli Şuranın sədri Cəmil Həsənli hüquq elminin fəlsəfəsinin haradan başlayıb, harada qurtardığını, ən azı Konstitusiyamızın neçə fəsil və neçə maddədən ibarət olduğunu bilmədiyi halda maddələrdən, bəndlərdən danışır. Bu yer də deyiblər, “dağılasan ay dünya”.

C.Həsənli iddia edir ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qanuna ziddir. Lakin bu məxluq anlamır ki, Konstitusiyamıza görə, deputatların üçdə ikisinin qərarı ilə parlamentin buraxılmasına baxıla bilər. Uzağa getmədən qısaca onu demək olar ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi Azərbaycanın qanunvericilik aktlarına tam uyğundur. Əgər C.Həsnli haradasa bir “əmma” axtarmaq istəyirsə, bu onun sifarişli tapşırıq almasından irəli gəlir. Anlayır ki, onun deputat seçilməsi qaranlıq otaqda birə axtarmaq kimi bir şey olar.

Digər tərəfdən, artıq AXCP və Milli Şura üzvləri arasında parlament seçkilərində iştirak edəcək şəxslərin ilkin siyahısı hazırlanıb. Həmin siyahıda C.Həsənlinin adı yoxdur. Görünür qoca məxluqun işə yaramayacağını anladıqlarından onun namizədliyinin irəli sürülməsini məqsədəuyğun hesab etməyiblər. Özü də siyahıya etiraz etməyib. Bu isə onu göstərir ki, C.Həsənli artıq özünün qara faciəvi taleyi ilə barışmalı olub.

İLHAM ƏLİYEV

Digər xəbərlər