Siyasət

  • 1 252

Andrey Kortunov: Ermənistan Ai-yə daxil olmaq üçün referendumdan buna görə imtina etdi - MÜSAHİBƏ

image

Rusiya Beynəlxalq Məsələlər Şurasının elmi direktoru Andrey Kortunov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş nazirinin ölkənin Aİ-yə daxil olması ilə bağlı referendumla bağlı bəyanatını, Fransa prezidentinin koalisiyasının uğursuzluğa düçar olmasını şərh edib. Ekspert hesab edir ki, parlament seçkiləri Parisin Cənubi Qafqaz siyasətinə, həmçinin ABŞ-ın niyə Azərbaycanla münasibətlərin yenilənməsini istəməsinə təsir edəcək. Müsahibəni oxucularımıza təqim edirik.

- Andrey Vadimoviç, Ermənistanın baş naziri açıq şəkildə bəyan edib ki, o, ölkədə Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsini məqsədəuyğun hesab etmir. Eyni zamanda, təxminən bir həftə əvvəl parlamentdə belə bir referendumun keçirilməsinin zəruriliyi müzakirə olunub. Və hətta bundan əvvəl Paşinyan dəfələrlə ölkənin Aİ-yə mümkün qədər yaxınlaşmağa hazır olduğunu bəyan etmişdi. Ermənistanın hansı ildə Avropa İttifaqına daxil olmağı planlaşdırdığını soruşduqda isə yarızarafat, yarıciddi cavab verdi ki, bu il. Onun referendumla bağlı fikirlərini necə şərh etmək olar?

- Hesab edirəm ki, Ermənistanın Avropa İttifaqına daxil olmasının çox, çox uzaqda olduğu aydındır. Bu baş verərsə, bu, kifayət qədər uzaq bir üfüqdə baş verəcək. Ola bilsin ki, Nikol Paşinyanın nöqteyi-nəzərindən bu məsələnin indi referendumda qaldırılması ən azı tez olardı. Amma eyni zamanda, Ermənistanın hazırkı hakimiyyətinin mövqeyi birmənalı deyil: Avropa İttifaqı ilə münasibətlərin inkişafı prioritetdir, xarici siyasət məqsədi isə Aİ-yə daxil olmaqdır. Ancaq bu yolda bir çox qeyri-müəyyənliklər var. Ermənistan ola bilsin ki, ona üzv ola bilsin, amma biz bilmirik ki, onda Avropa İttifaqı necə olacaq. O vaxta qədər dünyanın necə olacağını bilmirik. Ermənistanın özü necə olacaq?

Ona görə də İrəvanın Ermənistanın Avropa istəkləri ilə bağlı hazırkı tezisləri konkret proqramdan daha çox daxili siyasi bəyannamədir. Üstəlik, respublikanın Aİ-yə daxil olması o deməkdir ki, onun daxili siyasətində çox şey dəyişməli olacaq. Və bu dəyişikliklər real siyasi müxalifətin yaranmasına səbəb olacaq.

Ermənistan rəhbərliyinin Ermənistanın Aİ-yə daxil olmasının aktuallığına müraciət etmək cəhdi- deyirlər, biz az qala bu il qoşulmaq istəyirik,- təcili ideya yaradaraq, Paşinyanın iqtisadi, sosial-siyasi islahatlarına haqq qazandırmaq cəhdidir, hansi ki, onları həyata keçirmək istəyir və əgər onların ehtiyaclarını gələcəklə əlaqələndirsək, Avropa İttifaqına qoşulmaq respublika cəmiyyətində əlavə legitimlik qazanacaq. Bu, çətin, qeyri-populyar daxili islahatlardan keçərkən ölkələrin müraciət etdiyi sınaqdan keçmiş və doğru üsuldur. Şübhə yoxdur ki, Paşinyanın liberal islahatların aparılmasına sadiqdir.

Görünən odur ki, Ermənistanın baş naziri ölkənin Aİ-yə daxil olması ilə bağlı referendum haqda belə şərh verməklə də Rusiya ilə münasibətləri qəfil kəsmək istəmədiyini nümayiş etdirir. Rusiya Federasiyası ilə əlaqələrdə fasilə və xüsusilə belə kəskin qırılma, şübhəsiz ki, Ermənistan iqtisadiyyatı üçün çox ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Ermənistan Respublikası iqtisadi cəhətdən Rusiyaya çox güclü bağlıdır. Ermənistanın Rusiya Federasiyasından iqtisadi asılılığının azaldılması yalnız uzun, mərhələli proses şəklində mümkündür. Bu gün Ermənistanın Rusiya qarşısında hansı real alternativlərinin olduğu tam aydın deyil. Çətin ki, Ermənistan iqtisadiyyatı indiki vəziyyətdə Aİ üçün əhəmiyyətli dəyərə malikdir.

- Ermənistanın Aİ-dəki müttəfiqi Fransadan danışsaq, hazırkı prezident Makronun koalisiyasının parlament seçkilərinin birinci turunda uğursuzluğu Parisin Cənubi Qafqaz siyasətinə necə təsir göstərə bilər. Və niyə məhz bu uğursuzluq baş verdi?

- Seçkilərin ilk turunda Emmanuel Makronun koalisiyasının məğlub olmasında əsas rolu beynəlxalq deyil, daxili amillər oynadı. Fransa prezidenti siyasi mərkəzi saxlaya bilmədi. Biz görürük ki, Fransada siyasi məkanda qütbləşmə və parçalanma var. Sağ cəbhə son dərəcə güclənir- və bu, təkcə Marin Le Pen deyil, həm də daha çox sayda sağçı qüvvələrdir. Eyni zamanda solçuların konsolidasiyası da var. Jan-Lyuk Melençon isə siyasi arenadan itməyən bir fiqurdur. (Jan-Luc Melençon solçu "Yeni Xalq Cəbhəsi" koalisiyasının yaradıcısıdır- red.)

Baxaq, görək seçkilərin ikinci turunun nəticələri necə olacaq. Ola bilər ki, Fransa bölünmüş hökumət vəziyyəti ilə üzləşsin. Əgər prezident mərkəzçi, baş nazir isə sağçıdırsa, bir çox məsələlərdə çox qızğın döyüşlər olacaq.

İndiyə qədər Makronun dediyi hər şey onun bütün prezidentlik müddətini- 2027-ci ilə qədər tamamlamaq istədiyini nəzərdə tutur. Bu isə o demək olacaq ki, Fransa ən azı iki illik siyasi qeyri-sabitlik dövrünə qədəm qoyur.

Xarici siyasətdən danışırıqsa, o zaman Fransada müxtəlif siyasi qüvvələr arasında daxili siyasətdən daha az fikir ayrılığı var. Bəzi istiqamətlər düzəldilə bilər. Əgər Fransanın Cənubi Qafqaz siyasətinin perspektivlərindən danışsaq, o zaman dəyişiklikləri çətin ki, gözləmək olar. Makron Ermənistanı dəstəklədiyini açıq şəkildə nümayiş etdirir. Və Azərbaycanla bağlı kifayət qədər radikal bəyanatlar verir. O həddə çatıb ki, Azərbaycan ilə Fransa arasında münasibətlər, Azərbaycan prezidentinin qeyd etdiyi kimi, münasibətlər tarixinin ən pis nöqtəsinə çatıb. Məlum olduğu kimi, Marin Le Pen də əvvəlki illərdə dəfələrlə Azərbaycanın xoşuna gələ bilməyəcəyi bəyanatlar səsləndirib. Eyni şey sol cinah oyunçusu Jean-Luc Melençona da aiddir.

Bundan əlavə, Fransadakı nəhəng və nüfuzlu erməni diasporunu heç kim ləğv etməyib və təbii ki, aktiv fəaliyyətini davam etdirəcək. Və bu, istənilən hökumətin siyasətinə təsir edəcək. Beləliklə, ümumiləşdirsək, Fransa daxilində Cənubi Qafqazla bağlı mövqedə bir növ konsensus var. Və vəziyyət hələ dəyişməyəcək.

- ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen bu yaxınlarda Ermənistandan sonra Azərbaycana səfər edib. Bundan əvvəl Entoni Blinken İlham Əliyevə zəng edərək Vaşinqtonun Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istədiyini bildirib. Nəzərə alsaq ki, Bakı ilə Vaşinqton arasında münasibətlər son vaxtlar açıq-aşkar böhran yaşayır, Amerikanın bu mövqeyi nə deməkdir?

- Ceyms O`Brayenin İrəvanda və Bakıda səsləndirdiyi bəyanatları müqayisə etsəniz, görərsiniz ki, bu bəyanatlar tam üst-üstə düşmür. İrəvanda o, ABŞ-ın Ermənistanın strateji tərəfdaşı olaraq qaldığını və ABŞ-ın İrəvanın tərəfində olduğunu açıq-aydın göstərdi. Bakıda isə dedi ki, Cənubi Qafqazda əsas sülhməramlı Azərbaycandır. ABŞ-ın ayağını qapıda saxlamaq istəyi başa düşüləndir. Ancaq məncə, Vaşinqtonun bu regiondakı real imkanlarını şişirtməməliyik. Çünki Cənubi Qafqaz ABŞ üçün birinci dərəcəli əhəmiyyət kəsb etməkdən uzaqdır. Bu səfərin heç nəyə çox təsir edəcəyini düşünmürəm.

Əlbəttə, deyə bilərik ki, ABŞ Rusiya ilə münasibətlərdə Azərbaycanı bu və ya digər dərəcədə öz tərəfinə çəkməyə çalışır. Müəyyən mənada Ceyms O'Brayenin Bakıya gəlməsi ABŞ-ın bütün stavkanı yalnız Ermənistana qoymamaq istəyindən xəbər verir. ABŞ, təbii ki, Ermənistan-Azərbaycan prosesində vasitəçi kimi çıxış etmək istərdi. Amma obyektiv olaraq bu gün Azərbaycan və Ermənistanın vasitəçilərə ehtiyacı yoxdur. Münaqişə artıq həll olunub və Vaşinqton burada çətin ki, heç nə təklif etsin. O da aydındır ki, Amerika administrasiyasının Ermənistan və Azərbaycanla bağlı səyləri, mümkünsə, regionu Rusiyadan qoparmaq istəyi ilə diktə olunur. Bu arzu gizli deyil. ABŞ bu istiqamətdə müvafiq işləri davam etdirəcək.

ABŞ Azərbaycanla uğur qazanacaqmı? Azərbaycanın öz maraqları var. Bəzi maraqlar Rusiya ilə üst-üstə düşür, bəzilərində isə uyğun gəlmir. Mən düşünmürəm ki, Azərbaycanın hazırkı rəhbərliyi dövründə xarici siyasətdə prioritetlərin dəyişdirilməsi baş versin. Mən belə bir perspektiv görmürəm. Üstəlik, son vaxtlar Azərbaycan, əksinə, ABŞ-ı davamlı olaraq tənqid edir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər