Siyasət

  • 4 746

RF Müdafiə Nazirliyi: Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəz barədə razılaşma əldə ediblər

image

Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə birgə mərkəz barədə razılaşma əldə ediblər.Bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.O deyib: “Noyabrın 11-də RF Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında imzalanan memoranduma müvafiq olaraq, atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Rusiya-Türkiyə birgə mərkəzinin yerləşdirilməsi və fəaliyyət göstərməsi qaydaları barədə razılıq əldə edilib. Mərkəz Azərbaycan ərazisində yerləşdiriləcək. Birgə mərkəzin təşkilati strukturunda rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq”.İ.Konaşenko, həmçinin qeyd edib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlı qüvvələrin bölmələri tərəfindən 34 hektardan artıq ərazi, təqribən 12 kilometr yol minalardan təmizlənib, 110-dan artıq ev və sosial obyektlər yoxlanılıb, partlayış təhlükəli 1077 əşya aşkarlanıb və zərərsizləşdirilib.

yap.org.az

Digər xəbərlər