Siyasət

  • 1 667

Samuxda şəhid Ruslan Əsədovun ildönümü qeyd olunub ANIM

image

20 oktyabr 2020-ci il tarixdə vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan şəhidlərimizdən Əsədov Ruslan Rövşən oğlunun doğulduğu Samux rayonu İnstitut qəsəbəsində ildönümü qeyd olunub. Anım mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub.Mərasim zamanı şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan, döyüşlər zamanı göstərdiyi şücaətdən danışılıb. Daima vətəninə bağlı olan Ruslan Əsədov bir çox çətin döyüşlərdə iştirak etmiş, torpaqlarımızın azadlığı uğrunda ağır əməliyyatlardan uğurla çıxmışdır. Son döyüşü isə Murovda olub.Oktyabrın 20-də Murovdağ uğrunda döyüşlərdə şəhadətə ucalan şəhidimiz Ruslan Əsədov Cənab Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Allah vətən uğrunda döyüşərək canından keçən bütün şəhidlərimizə rəhmət eləsin.

İlham

Digər xəbərlər