Siyasət

  • 2 194

Şəhid Azər Hüseynovun xatirəsi anılıb

image

Gədəbəydə Vətən müharibəsi şəhidi Hüseynov Azər Mahal oğlunun doğum günü münasibətilə əziz xatirəsi anılıb.

Anım mərasimində Gədəbəy rayon İcra Hakimiyyətinin Başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, şəhid ailələri, Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, rayon Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd sakinləri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunaraq ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Həmçinin Novosaratovka kəndininin digər şəhidlərinin məzarları da olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.

yap.org.az

Digər xəbərlər